Neymar MLS klubu ilə danışıqlara başlayıb
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun futbolçusu Neymar MLS təmsilçisi "Çikaqo Fayr"la danışıqlara başlayıb.
Adalet.az “L'Équipe”yə istinadən xəbər verir ki, Çikaqo klubunun rəhbərliyi Neymarın atası və məsləhətçisi Pini Zahavi ilə görüşüblər.
"Çikaqo Fayr" 32 yaşlı hücumçuya Lionel Messinin "İnter Mayami"də malik olduğu şərtləri təklif etməyə hazırdır. Lakin Neymarın atası daha yüksək məvacibə ümid edir.
Qeyd edək ki, braziliyalı futbolçu 2024-cü ildə zədə səbəbindən “Əl-Hilal”da cəmi iki oyuna çıxıb və 42 dəqiqə oynayıb. Bununla yanaşı, Neymarın illik qazancı 101 milyon avro təşkil edib.