30 Iyun 2025 12:07
86
ŞOU-BİZNES

Nigar Şabanova: “Qurban gedən mən oldum”

Əməkdar artist Nigar Şabanova şəxsi həyatı ilə bağlı açıqlama verib.

Adalet.az bildirir ki, o, ilk evliliyinin dağılmasında dayısını günahkar  bilib:“O vaxt 15 yaşım var idi. Məni nişanladılar, 16 yaşında ailə qurdum. O dövrdə sevgi, eşq- belə hislərin nə olduğun anlamırdım. Sadəcə yeniyetmə qız idim. Nə bilirdim sevgi nədir.Bir il ailəli oldum. Mənim keçmiş həyat yoldaşımla dayımın ailəq qurduğu xanım qohum idilər. Dayım da ikinci evliliyi idi, ailə qurduğu xanımın da. Onların evliliyi pozuldu. Burda o xanımın günahı yox idi. O xanım evlənməmişdi ailəsi dağılsın. Sadəcə olaraq dayımın birinci həyat yoldaşı aləmi bir- birinə qatdı.  Sonra dayım birinci xanımı ilə barımaq məcburiyyətində  qaldı. O biri yazığı bədbəxt etdi. Arada qurban gedən də mən oldum”.

Qeyd edək ki, Nigar Şabanovanın ikinci evliliyi də uğursuzluqla nəticələnib.

Əntiqə