Növbəti köç karvanı Təzəbinə kəndinə çatıb - YENİLƏNİB

Xocalı rayonuna yola salınan növbəti köç karvanı Təzəbinə kəndinə çatıb, açarlar təqdim olunub.
Adalet.az xəbər verir ki, açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
Qeyd edək ki, bununla Təzəbinə kəndinə köçürülən ailələrin sayı 95-ə (423 nəfər) çatıb.
***
12:53
Xocalı rayonunun Təzəbinə kəndinə yola salınan növbəti köç karvanı kəndə çatıb.
Adalet.az xəbər verir ki, Təzəbinəyə bu gün yola salınan köç karvanı 12 ailədən (55 nəfər) ibarətdir.
Bununla da kəndə 95 ailənin (423 nəfər) köçürülməsi təmin edilib.
***
11:47
Xocalı rayonunun Təzəbinə kəndinə növbəti köç karvanı yola salınıb.
Adalet.az xəbər verir ki, Təzəbinə kəndinə köç edənlər ölkənin müxtəlif bölgələrində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə kəndə 12 ailə (55 nəfər) köçürülür.
Qeyd edək ki, bununla Təzəbinəyə köçürülən ailələrin sayı 95-ə (423 nəfər) çatacaq.
Digər Xəbərlər

Evini kirayəyə verənlərin oxuması məsləhətdir: 10 faiz...

Suriyadan gətirilən 6 nəfər sosial xidmət müəssisəsinə yerləşdirilib

Heyvan bazarlarında fəaliyyətlər nə zaman bərpa olunacaq?

Sabah yağış yağacaq

Yasamalda “ölüm yolu"na əncam çəkən yoxdur: SOS

Şahdağ və Kəlbəcərdə qar yağıb - FAKTİKİ HAVA

Heyvan bazarlarının bağlanması ətin qiymətini bahalaşdıra bilər - İqtisadçı
