Sabah yağış yağacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən məlumata əsasən, Havanın temperaturu gecə 13-16, gündüz 19-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 80-85 %, gündüz 60-65 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-14, gündüz 20-25, dağlarda gecə 5-10, gündüz 11-16 dərəcə isti olacaq.
Digər Xəbərlər

Növbəti köç karvanı Təzəbinə kəndinə çatıb - YENİLƏNİB

Heyvan bazarlarında fəaliyyətlər nə zaman bərpa olunacaq?

Yasamalda “ölüm yolu"na əncam çəkən yoxdur: SOS

Şahdağ və Kəlbəcərdə qar yağıb - FAKTİKİ HAVA

Heyvan bazarlarının bağlanması ətin qiymətini bahalaşdıra bilər - İqtisadçı

Dabaq xəstəliyi insana keçə bilər? - RƏSMİ AÇIQLAMA

Sumqayıtda təkər emalı zavodunun fəaliyyəti dayandırıldı - VİDEO
