Ödənişli yollarda yeni sürət həddi müəyyənləşdi
Ödənişli yollarla bağlı yeni qayda müəyyən edilir.
Adalet.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Yol hərəkəti haqqında” və “Avtomobil yolları haqqında” Qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihədə qeyd olunur ki, minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri üçün ödənişli avtomagistrallarda - saatda 130 kilometrdən çox olmayan sürət həddi müəyyənləşir.
Digər avtobuslar, yedəyində qoşqu aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri üçün isə ödənişli yollarda sürət həddi saatda 90 kilometrdən çox olmamalıdır.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.
Digər Xəbərlər
24 Fevral 2026 14:02
“Azərbaycanın təxminən 1 ildən bir qədər artıq su ehtiyatı var”
24 Fevral 2026 13:08
Sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilir
24 Fevral 2026 13:02
Çöküntü və süxurların istifadəsinin hüquqi əsası yaradılır
24 Fevral 2026 13:02


Bakı -°C

