Ölkədə kredit kartları niyə azalıb?
Azərbaycan Mərkəzi Bankı (AMB) əhaliyə böyük limitlərlə kredit kartlarını verilməsinin qarşısını alıb.
Adalet.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
"Biz əmək haqqının 5 misli qədər limit tətbiq etdikdən sonra kredit kartlarının sayı aktiv şəkildə azalmağa başladı. Çünki kartlar vasitəsilə inanılmaz dərəcədə böyük borclanma baş verirdi. Biz bunun qarşısını aldıq", - deyə o qeyd edib.
AMB-nin açıqladığı statistik bülletenə əsasən, aprelin 1-nə ölkədəki 22,4 milyon ədəd ödəniş kartının 20,3 milyonu debet, 2,1 milyonu kredit kartı olub. Son 1 ildə debet kartların sayı 12 % artıb, kredit kartlarının sayı isə 9 % azalıb. Kartların ümumi sayında 10 % artım qeydə alınıb.
Digər Xəbərlər
25 Iyun 2026 10:36
Nağdsız ödənişlərin həcmi 8,7 mlrd. manat olub
25 Iyun 2026 09:10
“Birgə əməkdaşlıq dövlətlərin geo-siyasi mövqeyini daha da gücləndirməkdədir”
24 Iyun 2026 19:22
Qızıl kəskin ucuzlaşdı
24 Iyun 2026 11:03
AMB uçot dərəcəsini sabit saxladı
24 Iyun 2026 09:51
Türkmənistandan hansı məhsulları alırıq və qardaş dövlətə nə satırıq?
23 Iyun 2026 18:51
Azərbaycan vasitəsilə Ermənistana buğda göndərildi - YENİLƏNİB
23 Iyun 2026 11:21
"Qlobal bazarlarda artan rəqabət kənd təsərrüfatına yanaşmanı dəyişir" - Şahmar Mövsümov
23 Iyun 2026 11:06


Bakı -°C

