adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
29 Sentyabr 2017 11:14
178879
RUBRİKA

Ölümümü anons edən yuxumu gördüm... - YUXU QAPISI

Yuxu həyatın tərs üzüdür. Bizim hər gün rastlaşdığımız insanların,hadisələrin o üzü. Burada zaman yoxdur. Şüurumuzun qaranlıq guşələrinə düşənbir qırıq işıqdır yuxu. O işığın içində tez-tez xatırladığımız, unuda bilmədiyimiz,hər gün düşüncəmizin küçələrində əli cibində veyil-veyil dolaşan adamlaryaşayır. Yuxudakı xatirələr, düşüncələr, əzablar, sevgilər, xəyallar, ümidlərbizim o biri dünyamızın sakinləridir. Yuxu bizi sarsıda da bilər, sevindirə də.Bəzən beynimizin içində eynən çöl boyu yüyürən atlar sayaq insanlarınxatirələrinin axını olur. Bu kütləvi axını bizə yuxular göstərir, qırıq-qırıq,zəif ssenaridə, montajı olmayan film kimi. Məşhur psixoanaliz Ziqmund Froydyuxular haqqında "Yuxuların yozumu" kitabını yazmışdır. Froyda görə,yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.

"Yuxu qapısı” rubrikasının bu dəfəkiqonağı teleaparıcı, jurnalist Murad Əzimzadədir. Adalet.az müsahibəni təqdimedir.

-Froyda görə, yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzularıntəhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir. Sizin fikriniz necədir?

- Yuxu mənim üçün reankarnasiya kimidir.Sanki öləndən sonrakı həyatım yuxularımdakı kimi olacaq... Və ya o birihəyatımda (ölməmişdən əvvəlki yəni bu hətyata reankarnasiya etməzdən əvvəlki)baş verənləri görürəm, təhtəlşüurən xatırlayıram yuxuda...


-Yuxularınız həyatınıza necə təsir göstərir, yəni gördüyünüz yuxuyagörə planlarınızı qurursunuz?

-Yaxşı yadımdadır, 15 yaşım təzə tamam olmuşdu.Yayın yeni-yeni günəşləndiyi vaxtlar idi. Səhərə yaxın yuxu gördüm. Yuxuda kişisəsi eşitdim. Deyirdi ki: "Sən 21 yaşında öləcəksən”. Dik atılmışdım, təriniçində idim. 15 yaşımdan 21 yaşıma qədər, travma və ölüm qorxusu ilə yaşadım.Dəhşətli illər idi mənim üçün. Amma 21 yaşıma keçəndən sonra rahatladım. Ondansonra yuxulara etibarım itdi.


-Yuxudan sonra onun yozumları haqda baş sındırırsız?

-Uşaq vaxtı nənəmin yanına qaçırdım yuxuyozmaq üçün. İndi nənəm Gəncədə yaşayır, mən isə Bakıda. Adamın qaçmağa yeriolmayanda yuxular da yozulmur... Bir dəfə nənəmə zəng etdim ki: "Nənə yuxumdaMonika Belluçini görmüşəm. Bunu necə yozaq?” yazıq arvad bir şey başadüşmədi... hı hə eləyib abrımı ətəyimə bükdü. İnanamadı ki, həqiqətən dəMonikanı yuxuda görmüşdüm...


-Yuxuların mistik hadisə olduğuna inanırsınızmı?

-Mistikadan daha çox yuxu psixi anlam kəsbedir mənim üçün. Bir şeyi çox düşündükcə əvvəl axır o sənin yuxuna girir.Məsələn mən tez-tez bank əməkdaşlarını görürəm yuxumda. (gülür) Stressli,depressiv olanda qarabasmalar yaşayıram. Yuxudan qışqırıb oyandığımanlarda olub. Bir dəfə yuxuda danışıb,durub evdə gəzdiyimi də müşahidə edib anam.


-Gördüyünüz yuxular çin olurmu, ya da əksinə?

-15 yaşımda ölümümü anons edən yuxum 21yaşımda çin olmadısa deməli yuxularımın başı daşa dəyir. Çin olmur.


-Həyatınızda gördüyünüz ən yadda qalan yuxu və ən gözəl yuxuhansılardır?

- Özümü dərk edəndən qorxulu bir yuxuindinin özündədə yuxularımı əhatə edir. Sürətli kadrlardı, sifəti şiş, qorxulu,qıvrım baş qara bir adam və o sima sürətlə yumrulanır. Birdən zülmət çökür və oan qışqırıb ayılıram. Happy end olan yuxum isə Monika ilə olan yuxumdur.


-Bəzi adamlar yuxuda ağ-qara filmə baxırlar. Bunun səbəbi hələbilinmir. Amma alimlər onu bildirir ki, insanların 12 faizi ağ-qara yuxu görür.Siz necə düşünürsünüz?

- Rəngli yuxu görməmişəm. Düşünürəm ki,hamımız, hər zaman yuxu görürük, sadəcə yadımızda qalmır...


-Hansı doğmanızı daha çox yuxuda görürsünüz?

- Yuxudagörməyi arzuladığım doğmam yoxdur. İstəmirəm doğma saydıqlarım yuxu olsunlar...Var olsunlar və onların var oluşları səbəbi ilə oyaq qalaq. Yatmayaq, heç yuxuda yaxın gəlməsin bizə.


-Yunan filosofu Heraklın yuxu haqda məşhur bir sözü var: "Oyanıqolan insanlar üçün tək bir dünya vardır. Yuxuda olanların isə hər birinin ayrıbir aləmi vardır, onun içində hey fırlanırlar”. Siz necə fikirləşirsiniz?

-Sutkada 4-5 saat yuxu yatıb, qarışqa kimiişləyən adamam, ayıq yatıram. Milçək səsinə oyanan adamam. Yuxu isə ayrı dünyaola bilər. Amma o dünya mənlik deyil. Bizim bu qoca dünyamız bizə bəs edər.


-Dahi yazıçılardan, rəssamlardan,filosoflardan kimləri yuxunuzda görmüsünüz?

-Vaqif Səmədoğlu dünyasını dəyişəndə pis olmuşdum. Akademik milli dramteatrında vida mərasiminə də getmişdim. Həmin gün yuxuda Vaqif Səmədoğlunu, Ramiz Rövşəni bir də Markeziyuxuda gördüm. Kaş bir az gec ayılsaydım, əminəm ki, bir az da yatsaydımDostoyevski, Tolstoy da gələcəkdi yuxuma. Bu yuxum mənə bir az mistik gəlmişdi.


-Sizə görə yuxularımız həqiqətə çatdırır bizi?

-Əslində hər gecə yatandabütün müqəddəslərə dua edirəm ki, yuxu görməyim. Yuxudan təsirlənirəm. Günlərlə,yuxumun təsirində qalıram. Yuxularımız müəmmadır. Təzaddır. Yuxular bizi həyatada çatdıra bilər, ölümə də... Amma mən inanıram ki, yuxularımız bizi Tanrıyaçatdırır. Həqiqət isə Tanrıdan daha çox insanın özündədir. Ruhunda, hissində. Ruhluvə hissli yuxular görmək arzusu ilə...