24 Iyul 2024 16:27
78
İDMAN

Onlar üçün xüsusi paralimpiya təqaüdü təsis olundu - FƏRMAN

Azərbaycanın paralimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi paralimpiya təqaüdü təsis olunub və onun aylıq məbləği minimum aylıq əməkhaqqı məbləğinin 2 (iki) misli miqdarında müəyyən edilib.

Adalet.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.

Təsis edilən təqaüd Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.