Özəl bağçalara qeydiyyat yenidən başladı
Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan “Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi” çərçivəsində özəl bağçaların boş qalmış yerlərinə uşaqların qeydiyyatına start verilib.
Adalet.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Qeyd edilib ki, özəl məktəbəqədər təhsil müəssisələrinin boş qalan yerlərinə yerləşdirilmiş uşaqların valideynləri və ya digər qanuni nümayəndələri tələb edilən sənədləri bağçaya təqdim etməlidir. Özəl məktəbəqədər təhsil müəssisəsi ilə onlar arasında valideynin ödəyəcəyi aylıq təhsil haqqı məbləği də qeyd olunmaqla məktəbəqədər təhsil xidmətinin göstərilməsi barədə müqavilə bağlanılmalıdır.
Məlumat üçün bildirək ki, qrant müsabiqəsinin əsas məqsədi 2024-2025-ci tədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqların seçilmiş özəl məktəbəqədər təhsil müəssisələrində boş qalan yerlərə cəlb edilməsi və onların təhsil haqlarının bir hissəsinin qrant vasitəsilə maliyyələşdirilməsindən ibarətdir.
Digər Xəbərlər
20 Aprel 2026 18:39
Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ!
20 Aprel 2026 10:52
263 məktəbdə ciddi sanitar pozuntular aşkarlanıb
20 Aprel 2026 10:38
656 bal topladı, yenidən imtahan verdi - SƏBƏB
20 Aprel 2026 10:10
Məntiq tədris olunmursa, bu suallar imtahanda nə üçün lazımdır? – Təhsil eksperti
19 Aprel 2026 14:40
DİM tərəfindən yeddi imtahan keçirilib: doqquz nəfərdə telefon aşkarlanıb - YENİLƏNİB
18 Aprel 2026 18:41
İsveçrəli yazıçı Xəzər Universitetinin qonağı olub
17 Aprel 2026 19:18
Bu il maksimum balı o topladı
17 Aprel 2026 14:44


Bakı -°C

