adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
08 Yanvar 2016 22:02
104678
RUBRİKA

“Özümdən başqa kəşfiyyatçı tanımıram”

O daQarabağ uğrunda döyüşüb. "Döyüş tarixi” yazmış qazilərdəndir.Uşaqlığını, yeniyetməliyini və gənclik illərini ruslara və ermənilərə qarşısavaşa qurban verən bir insan əyləşib qarşımda. Onun adı Mahir Rzayevdir.

MahirRzayevin söhbətimiz zamanı səmimi fikirlərə yer verdiyi diqqətdən yayınmırdı.Veteranla görüş yerinin də Şəhidlər Xiyabanında olması onun təklifi ilə olmuşdu.Onunla görüş yerinin niyə məhz Şəhidlərin məzarlığı olduğunu soruşanda sadəcə şəhidləriziyarət etmək üçün gəldiyini söylədi. Söhbətlərində qeyd etdiyi şəhidyoldaşları burada uyuyurdu: "Mən bura tez-tez gəlirəm, çünki mənimləçiyin-çiyinə vuruşan silahdaşlarım müharibə vaxtı nə qədər yaxın idilərsə,düşünürəm ki, bu indi də belədir. Onlar mənim yanımda ola bilmirlər, amma mənimbuna imkanım çatır”.

MahirRzayev 1992-96-cı illərdə Ağdərə və Tərtər istiqamətlərində mübarizə yolukeçmiş veterandır. O, qanlı döyüşlərdə iştirak etdiyinə görə peşman olmadığınıdedi: "Bilirsən dost, mən indinin özündə belə Qarabağ xatirələrimdə yer alan zəhmətlərimdəndolayı peşman deyiləm. Amma şikayətçiyəm. Çünki veteranların bəzilərini dövlətyardımından başqa düşünən yoxdur. Bir gün döyüş başlasa, o zaman bizim qiymətimizibiləcəklər. Çox irəli atıldığım vaxtlar olub, məni tanıyan silahdaşlarımın çoxuindi məzardadır, sağ qalanlardan soruşa bilərsiniz. Nahaq yerə mənə "Jiqan”demirdilər. Bu adı ona görə almışam ki, döyüşlərdə gözlənilmədən atdığımaddımlar mənə bu ləqəbi verdi. Belə desək, iynə dəliyindən keçirdim. Ancaq birşeyi hər addımda unutmamağa çalışırdım. Əsgər hücum həvəskarı ola bilər, irəliatılmaq onun şəxsi xarakterindən asılıdır. Amma əsgər heç vaxt irəli atılarkənözünümüdafiəni unutmamalıdır. Bax mənim əsas qalxanım bu idi”.

MahirRzayev deyir ki, ermənilərə nifrət hələuşaq yaşlarında formalaşıb. Uşaq ikən atasının ona söylədiyi fikirlərdən qərb qonşumuzunmənfur niyyətlərindən xəbərdar olub: "O zamanlar mənfurlarla qapı bir qonşuidik. Onlara o qədər nifrət edirdim ki, dəfələrlə evlərinin pəncərələrini daşlavurub sındırmışam. Təbii ki, evimizə gələn şikayətlər sonda döyülməyimə səbəbolurdu. Atam məni döyəndə bilmirdi ki, mənə qalxan əllərin səbəbkarı olan ermənilərməndə getdikcə daha dərin ikrah və nifrət hiss yaradırdı. Sevinirəm ki, 4 ildənartıq döyüş müddətimdə torpaq oğrularına çətin anlar yaşada bildim. İlk dəfə1992-ci ilin avqust ayında Ağdərədə yerləşən "N” saylı hərbi hissədə xidmətiməbaşlamışam. Orada kəşfiyyat bölüyünə seçildim. Bölüyə "Rembo” ləqəbi ilətanınan Elxan Əlibəyli komandanlıq edirdi”.

Həmsöhbətimdeyir ki, müharibə xatirələrini oyatmaq çətindir: "Bəlkə də bir çox qazilərdöyüş tarixini yada salmağı xoşlayır, amma mənim üçün bu, bir qədər çətindir.Çox danışan adam deyiləm, sizin müraciət etdiyiniz mövzu haqqında da açığıgeniş danışa bilməyəcəm. Onu deyim ki, döyüşçü üçün ideal sayılan ən vacib və emosionalhadisələri yaşamışam. 7 nəfərlik kəşfiyyat qrupuna başçılıq edirdim. Bu qrupla3 erməni kəndi almışıq. Qrupdan şəhidlər də vermişəm. Düşmən vurmuşam. Özümü tərifləməkdüzgün alınmazdı, amma mənə elə gəlir ki, hər bir müharibə iştirakçısının bunuetməyə haqqı var. Çünki əsl döyüşçü düşmənə ağrı yaşadıbsa, deməli, ondanağrılar da görüb. Ağdərə istiqamətində gecə yarı döyüşlərin birində mənə tərəfatılan qumbaranın yanımda partlaması nəticəsində kantuziya almışam. Həmin vaxtıəsgər yoldaşlarımdan biri Qaçayev Həsrət düşmən snayperinin qurbanı oldu. Ozaman mən və yoldaşlarım Həsrətdən bir qədər kənarda pusquda dayanmışdıq. Əsgəryoldaşlarımdan digəri Bakının Yasamal rayonundan olan Əliyev Nəsimi qəfil irəliatılaraq ölmüş yoldaşının yanına qaçdı, bu zaman gözümün qarşısında daha bir şəhidverdik. Artıq qurbanlara yaxınlaşmağın mümkünsüzlüyünü dərk etmişdim o an. Qruprəhbəri olaraq digər silahdaşlarımın da ağacın yanına getməsinə imkan verə bilməzdim. 3-cü itkini görməkartıq ölümə bərabər idi mənim üçün.

Yasamaldanolan Əliyev Nəsimi yaxşı meyxana deyən idi.

Həttaölümündən bir gün qabaq əsgər yoldaşlarımızla süfrə başında olarkən belə birmeyxana demişdi:

Dəyibdi güllə mənə,axıb yerə qanım ana,

Qaçmağaqoymayıbdır qeyrətim, vicdanım ana.

Bax, komandir əmreyləsə, bu yoldan dönməliyəm,

Bir çıraq olsaməgər, bir gün mütləq sönməliyəm.

Bəzənmüharibədə yaşadığın duyğular psixoloji amil olub daxilində düşmənə hədsiz nifrətgizlədir. Bu anda intiqam almaq üçün ağlasığmayan hər cür addımı ata bilərsən.Bu zaman isə düşünmək və taktiki gedişlər etmək yaddan çıxır. Mən bunlarıyaşadım və düşündüm, bu o demək deyil ki, yoldaşlarım ağılsızlıq üzündən həyatdanköçüblər. Müharibədə düşmənə qarşı atılan hər bir addım qəhrəmanlıqdır və həminanda şəhid olmaq da var, olmamaq da. Müharibədə heç nəyi düşünmürsən”.

- "Müharibədə heç nəyi düşünmürsən” – Bu sözləri birçox qazilər söyləyib.

-Yalandanışmayan qazinin çox üstünlükləri var. Döyüşçü bəzi nüanslara toxunmaya bilər,yetər ki, doğru hadisələri danışsın. Mən bunun tərəfdarıyam. Nə yaşamışamsa vənələr düşünürəmsə, o cümlədən vətənə qarşı nələr hiss edirəmsə, bu özünü büruzəverir. Tanıdığım bəzi döyüşçülərin mətbuatda səsləndirdiyi fikirlər bəzən mənitəəccübləndirir. Axı qəhrəmanlığı olduğundan artıq şişirdərək ifadə etməyin kimənə xeyri var?!

MahirRzayevin söylədiyi fikirlərin əslində nələrə işarə olduğu aydın olurdu...


"Bu dəqiqəçağırış etsəm, yüzdən çox gənc mənim yanımda olar”

Qarabağdöyüşçüsü həmçinin Bakıda yeniyetmə və gənclərin hərbi hazırlıqları ilə də məşğulolur. Bu onun şəxsi təşəbbüsüdür. Həmin gənclərin kim olduğunu soruşanda isəcavab verdi ki, onlar gələcəyin əsgərləridir.

Aylıqveteran pulu hesabına bu təlimləri həyata keçirdiyini söyləyən 41 yaşlı döyüşçübu işlə çoxdandır məşğul olduğunu söyləyib. Onun təmənnasız fəaliyyəti əslindəinsanda bəlkə də birmənalı qarşılanmayan bir təəssürat yarada bilər. ÇünkiSumqayıtda yaşayan qazi 3 övlad atasıdır və çətin yaşayış şəraiti sürür.Veteranın bir neçə gün əvvəl sosial mediada dərc olunan mənzilinin isə insanıürəkağrıdan bir mənzərə ilə qarşı-qarşıya qoyduğunu sezmək olardı. Belə bir şəraitdədəfələrlə ön cəbhədə yerləşən hərbi hissələrə başa çəkib. Əsgərlərlə görüşüb vəonların vətənpərvərlik hissini daha da yüksəltmək və onların heç dəunudulmadığını xatırlatmaq naminə bu addımları atdığını söylədi veteran.

Döyüştarixindən danışarkən qazi çətinliklərin təkcə savaş anındakı təhlükələrlə məhdudlaşdırmırdı.Onun sözlərinə görə, ilin bütün fəsillər əziyyətlərə qatlanan əsgərlər hətta dəfələrləsoyuq qış aylarındakı şaxtanın gətirdiyi ölüm təhlükəsi ilə üzləşiblər:

"Bunu ön cəbhədəxidmət edən gənc əsgərlərlə görüşlərimizdə də söyləmişəm. O dövrlərdə döyüşənləryaxşı bilir ki, əsgərin çəkdiyi ən ağır əzab 20-25 il öncələrdə qalıb. Bizimsoyuq qış dönəmində qarda sürünərkən islaq paltar və onun bədənimizə verdiyisoyuğun dəhşətli ağrılarında qurtulmaq üçün yerdə ilan rəqsi edirdik. Elə bir vəziyyətdəidik ki, düşmənin bizi nişan alan snayperləri və digər silahlıları bir neçəsantimetrə möhtac qalıb yerdən qalxmağımızı gözləyirdilər...”

4 il ailədən,doğmalarından uzaqda onları müdafiə etmək, düşmənlə burun-buruna, daha əvvəltanımadığın həmvətənlərinlə çiyin-çiyinə savaşmaq onu qədərinə yazılmışdı. Hərçəndordu sıralarına qoşulan gənc üçün bu qədər müddət və bu cür şərait yetərindənartıq idi. Veteran isə cavabında bunu söylədi: "Vətən sağ olsun!”





Rüfət Soltan