Parlament 2025-ci ilin yaz və növbədənkənar sessiyalarını uğurla başa vurub

"Milli Məclis 2025-ci ilin yaz və növbədənkənar sessiyalarını uğurla başa vurub. Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətləri tam həcmdə yerinə yetirilib".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında sədr Sahibə Qafarova deyib
Qeyd edib ki, İlham Əliyevin uzaqgörən daxili və xarici siyasətini parlament səviyyəsində dəstəkləmək üçün bütün lazımi tədbirlər görülüb.
Sədr nəzərə çatdırıb ki, bu müddətdə parlamentin 22 iclası keçirilib, 110 qanun və qərar qəbul edilib. Milli Məclisin beynəlxalq əlaqələri də inkişaf edib. Parlamentin nümayəndə heyətləri beynəlxalq təşkilatların fəaliyyətində yaxından iştirak ediblər:
"Parlamentin yaz, növbədənkənar sessiyalarında və sonrakı dövrdə 20 deputat 10 ölkəyə 23 səfər həyata keçirilib. 20 xarici dövlətin və beynəlxalq təşkilatın 23 nümayəndə heyəti, yəni 134 nəfər Milli Məclisdə olub. Milli Məclisin xətti ilə Bakıda 5 beynəlxalq təşkilatın tədbirləri keçirilib".
Nicat
Digər Xəbərlər

Azərbaycanın bu ölkədə səfirliyi açılacaq

Milli Məclis bir sıra beynəlxalq sazişi ratifikasiya edib

Süni intellektlə bağlı qanun hazırlamalıyıq - Sahib Alıyev

"Bu şəxslər üçün borclarını ödəməyə imkan verən sistemlər inkişaf etdirilməlidir"

Parlamentin payız sessiyasının qanunvericilik işlər planı təsdiqlənib

Rəsmi Bakı Trampın Qəzzada münaqişəyə son qoymaq üçün həll planını alqışlayır

Milli Məclis Anım Günüylə əlaqədar Bəyanat qəbul etdi
