" Paşinyan 7 dəqiqəlik görüşün fotosu ilə komandasını aldatdı" - Artak Zakaryan

Xəbər vermişdik ki, ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-a işgüzar səfəri çərçivəsində vitse-prezident Ceyms Devid Venslə görüşüb.
7-8 dəqiqəlik danışıqlar zamanı tərəflər Cənubi Qafqazdakı vəziyyəti, eləcə də İrəvanla Vaşinqton arasında münasibətləri müzakirə edildiyi deyilir.
Adalet.az xəbər verir ki, görüş haqda tənqidi fikirlər Ermənistanın keçmiş Müdafiə nazirinin müavini Artak Zakaryandan gəlib. O, bu görüşü mənasız adlandıraraq detalları ictimaiyyətə açıqlayıb:"Görüşə o qədər əhəmiyyət verilməyib ki, sosial mediada aktiv olan ABŞ vitse-prezidentinin ofisi bu barədə məlumat yaymayıb. Təbii ki, bu müddət ərzində ciddi bir şey müzakirə olunmadı. Dövlət başçısını qəbul etmək üçün lazımi protokol olmadan, tələsik görüşdə mühüm məsələləri müzakirə etmək necə mümkün ola bilərdi?"
Zakaryan əlavə edib ki, vitse-prezident Ceyms Devid Venslə görüşdə çəkilən şəkil Paşinyan üçün xüsusi bir aldatma alətidir:"Nikola foto komandasını aldatmaq və ya sakitləşdirmək üçün lazım idi. Nikol Paşinyanın ABŞ-a səfərinin Ermənistan üçün lazımsız xərclərdən başqa heç bir nəticəsi yoxdur”-deyə o vurğulayıb.
Qeyd edək ki, erməni siyasətçiləri Paşinyanın vitse-prezident Ceyms Devid Venslə görüşünə böyük ümidlərlə yanaşırdı. Çünki, politoloq Armen Alaverdyanın sosial şəbəkə hesabında paylaşım edib yazmışdı ki, tanış olun... Cey Vens, ABŞ-ın yeni seçilmiş vitse-prezidenti və bəlkə də gələcək prezidenti! Ata tərəfdən bilinməyən, lakin ana tərəfdən kökləri erməni olan amerikalı... Politoloq sonra qurduğu xəyalların qanadlarında bildirir ki, dövlət katibinin nənəsnin atası Vandan mühacirət edən, ABŞ-a köçən Civan Vanesyanadlı ermənidir və məhz bu qaçqın erməninin şərəfinə nənə öz nəvəsinə Civan Vanesyan qoyub.
P.S. Erməni hoqqabazlığı və fantastik, şizofrenik xəyalları sərhəd tanımır...
Əntiqə Rəşid
Digər Xəbərlər

Bu şəxslərə dəfn xərcləri üçün müavinət verilsin - TƏKLİF

Qanunsuz ov ətləri ilə bağlı restoranlara xəbərdarlıq edildi

"Heyvanların kəsilməsi üçün yaş həddi müəyyənləşdirilsin" - Komitə sədri

Türkiyə səfiiri şəhid ailələri ilə görüşdü - FOTO

"Artsax" bağıran II Qaregini Mirzoyan himayə edir:" Revanşist deyil!"

"Qaz xətti məktəbin yaxınlığındadır, uşaqlar soyuqda dərs keçir" - Deputat

Bu şəxslərin Azərbaycan vətəndaşlığına qəbul edilməsi üçün güzəştlər tətbiq edilir
