adalet.az header logo
  • Bakı -°C
03 Noyabr 2021 12:47
1972
MƏMLƏKƏT
A- A+

PEDOFİLİYA - Ölüm hökmü qarşısını ala bilərmi?

İmişli rayonunda atalığı tərəfindən zorlanıb dünyaya uşaq gətirən 11 yaşlı qızın başına gələnlər cəmiyyətdə böyük rezonans yaratdı. Azərbaycanda insanların bir çoxu edam cəzasının yenidən tətbiqinə başlanılması, xüsusən azyaşıları zorlayanlar barədə bu hökmün çıxarılmasının vacib olduğunu deyirlər. Bu barədə sosail şəbəkələrdə də necə gündür geniş müzakirələr gedir. Maraqlıdır, edam hökmü yenidən tətbiq olunarsa pedofiliyanın, yaxud az yazlıların cinsi istismara məruz qalmasının qarşısını alacaqmı?

Movzu barədə “Adalet.az”-a danışan psixoloq Lalə Ələkbərovanın sözlərinə görə, edam hökmü saxlanılan ölkələrdə belə azyaşlıların cinsi istismarına görə ölüm cəzasl verilmir. Zorlanma hadisəsi zamanı ölüm hadisə baş verən zaman edam tətbiq olunur. “Cinsi azğınlıq pozuntu sırasına daxil olan pedofil insanların törətdikləri hadisələr  haqqında mütəmadi olaraq eşidib və ya şahidi oluruq.Belə insanlar çox təəssüf ki,  həkim, müəllim, hüquqşünas ,uşaq baxıcıları,uşaq tərbiyəçiləri,ailə fərdləri və.s aramızda olaraq ,bizimlə birgə həyatlarına davam edirlər.Təbii ki,biz bunu hər kəsə şamil etmirik və ya uşaqlarla işləyən hər kəs pedofildir demirik.Əfsuslar olsun ki, inanmaq istəməsəkdə belə faktlar mövcuddur.  Niyə məhz belə psixi pozuntusu olan insanlar cinayət hadisəsi törətdikdən sonra fərqinə varılır və aktuallaşır?  Təəssüf ki,cəmiyyətin bir qisminin mübarizə aparmasına baxmayaraq uşaqlar cinsi istismarçılara qarşı hələ də müdafiəsiz,qorunmasız haldadır. Hətta ən dəhşətlisi yaxın gündə ortaya çıxan 11 yaşlı qıza təcavüz edib hamilə buraxan atalığın etdiyi cinayət hamımızı qəzəbləndirdi. Baş verən hadisə pedofiliyaya diqqətin artması bir çox insanın ağlına  xəstəliyə nələrin səbəb olduğu və bu vəziyyəti törədənlərə necə bir cəza və ya müalicə üsulu tətbiq ediləcəyi kimi suallar gəlir.

Pedofilin etialogiyası  həm bioloji həm də ətraf faktorlara baglıdır. Bir sıra araşdırmalara görə , cinsi seçimləri müəyyən edən xəstəliklər, insan inkişafı üçün kritik bir dövr olan uşaqlıq dövr inkişafından qaynaqlanır. Bir çox xəstəlik anamnezlərində cinsi istismarçıların,uşaqlıqda yaşadıqları travmatik hadisələrin izlərini daşıdıqları görülüb. Uşaq ikən ona edilən istismara,cinsi təcavüzə qarşı özünü müdafiə  edə bilmədiyindən məruz qalırlar.Yetərli fiziki və psixi inkişafa sahib olmadıqlarından baş verən bu hal  ,irəli yaşlarda onun da uşaqlar cinsi təcavüz edərək travmaları  yenidən yaşamaq istəyir və getdikcə bu hərəktdə ustalaşmaq istəyirlər.Tam olaraq bir rol, kimlik dəyişikliyi yaşamaları , onları üst səviyyəyə çıxarır ki, bu da yazıq, qurban rolunda olmalarının qarşısını alır. Beyində yer alan travma izi ilə inkişaf edən  cinsi maraq gedərək sinir sistemində kök salmış hal alır.

Beyindəki bu anormallıqlar, erkən neyroinkişaf pozulmalardan qaynaqlanır. Müəyyən beyinlə baglı araşdırmalara əsasən pedofil insanların beyinində anormallıqlar oldugu görülüb. Təəssüf ki, bir çox xəstəliklər  kimi kimi pedofillərin də tam bir müalicəsi yoxdur. Pedofiliya ilə baglı cinsi qıcıqlayıcılar heç bir zaman qalıcı olaraq itmir.
Pedofiliya ilə baglı elmi araşdırmalar aparan Yuli Grebchenko qeyd edib ki, pedofiliya həyat boyu davam edən bir xəstəlikdir.Dolayısıyla müalicəsi də həyatı boyu davam etməlidir”.

L.Ələkbərli ölkəmizdə pedofil insanların edam edilməsi, cəzalandırılması barədə tələblərə də toxunaraq dedi ki, cinayətin təkrar işlənməsinin lazimi qaydada önlənməməsi  səbəbi ilə təkrarlana bilir. Hətta cəza evində bir qisasla yaşamağa başlayırlar. Bu insanlar davranışında ümumiyyətlə zorakı davranışın əksinə öncə masum toxunma, sonra cinsi toxunma, açıq şəkillər göstərmə,porno izlətmə kimi bir çox fiziki manipulasiya tətbiq etdikləri görülür. 

"Edilənlərə hüquqi tərəfdən baxsaq, cinayət işlədildikdən sonra veriləcək hökm ya cəza, necə və nə şəkil olması pedofillərin nə sayının azalması nə də önlənməsi anlamına gəlmir. Məsələnin başqa tərəfi  isə ediləcək işlər arasında  uşaqlar bagca dövründə,məktəbə başlamadan öncə, yeniyetməliyin ilk və son dövrlərində müəyyən psixoloji müayinələrdən və testlərdən ciddi şəkildə keçməlidirlər.Testlər vasitəsiylə   psixi pozuntuları asan aşkarlayıb vaxtında lazımi tədbirlər görülə bilər. Bioloji sağlamlığa verilən önəm qədər psixi sağlamlığa da birmənalı önəm verilməlidir.Çünki,test və psixoloji müayinələr əsnasında görüləcək hər hansı problemin qarşısını  almaq və daha erkən müdaxilə edib aradan qaldırmaq mümkündür. Cinsi marifləndirməyə ayıbmış kimi yanaşma və ya özü böyüyüb başa düşəcək deyib səthi yanaşmaq yox, lazımı qaydada kütləvi olaraq marifləndirmə aparılmalıdır. Müxtəlif təhsil ocaqlarında təlim və seminarlar keçirilməlidir. Televiziya və sosial medialarda bu mövzulara üstünlük verilərək təblig oluna bilər. Uşaqlara özünü qorumaqla baglı istər ailədə istər bagçada bilgilər,qaydalar öyrədilməlidir. Pedofil insanların xüsusiyyətləri uşaqlara anladılmalıdır”,-deyə psixoloq əlavə etdi.

Millət vəkili Vüqar İsgəndərovun sözlərinə görə, Azərbaycanda ölüm hökmü artıq ləğv olunub və yenidən tətbiqinə başlanılması mümkün deyil. Çünki edam cəzasının yenidən qüvvəyə minməsi özü ilə bir çox yeni problemləri gətirəcək. Biz bilirik ki, dünyada  günahsız olaraq minlərlə insanın ölüm hökmü ilə edam olunblar. Sonradan da onların günahsız olması, ən azı ölüm hökmünün tətbiqinin səhv olduğu etiraf edilib. “Mən düşünürəm ki, azyaşlıların cinsi istismarına görə ölüm hökmündənsə ömürlük cəzanın tətbiqi daha doğru olardı ki, həmin cinayətkar ömür boyu hər gün ölüb dirilsin. Dünyada ölüm hökmünün qüvvədə olduğu ölkələrdə məgər pedofillərə rast gəlinmir? Bu bir xəstəlik, sosial problemdir, bunun qarşısının edamla alınacağını düşünmürəm”.

Qedy edək ki, Azərbaycanda uşaqlara qarşı zorakılıqların sayında artım var. Baxmayaraq ki, bir neçə il əvvəl bu cür cinayətlər elə də çox əks-səda doğurmurdu. Çünki bəzən valideynlər uşaqlarının biabir olmasından çəkinib bu məsələləri ictimaiyyətləşdirmirdilər. Ötən il də 15 yaşlı şagirdi ilə cinsi əlaqədə olan 60 yaşlı müəllimin bir il müddətinə azadlıqdan məhrum edilməsi barədə məhkəmə hökmü qızğın mübahisələrə səbəb olub. Sosial şəbəkələrdə qəzəb doğurmuş yüngül cəzaya görə yerli ədliyyə sistemi tənqid olundu.

Müəllimə 15 ildən tutmuş ömürlük həbsə qədər daha sərt cəza tələb olunurdu. Hətta bəziləri ölüm cəzasını bərpa edərək, onu edam etməyə səsləyirdi.

Çoxları müəllimi rüsvay etmək üçün onun fotoşəklinin yayılmasını da istəyirdi.

Lakin Şəfahət Məmmədova qarşı iki maddə üzrə ittiham irəli sürüldü: 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli hərəkətlər etmə.

Bu maddələr birlikdə bir ildən beş ilədək həbs cəzasını nəzərdə tutur.

 

Bu arada onu da xatırladım ki, ölüm cəzası qüvvədə olduğu dövrlərdə belə ölkəmizdə azyaşlı uşaqların təcavüzü ilə bağlı ölüm cəzası tətbiq olunmurdu. Yalnız zərərçəkmiş şəxs dünyasını dəyişirdisə, o zaman ölüm hökmü verilə bilirdi.

Hazırda dünyanın müxtəlif ölkələrində ən ağır cinayət törətmiş şəxslərə ya ölüm hökmü, ya da ömürlük həbs cəzası tətbiq olunur. Ölüm hökmü cinayətkarlara verilən cəzaların ən ağırıdır. Lakin bu cəza bütün ölkələrdə, o cümlədən Azərbaycanda tətbiq olunmur. 

Beynəlxalq təşkilatların keçirdikləri sorğuların nəticələrinə görə, dünyada ən ağır cinayət törətmiş şəxslərə ölüm hökmü çıxarılmasını istəyənlər də var, ömürlük həbs cəzası kəsilməsinə tərəfdar olanlar da. Amma ölüm hökmünün əleyhinə olanların göstəricisi daha yüksəkdir.

Ölüm hökmünün qalmasına tərəfdar olanların arqumentləri müxtəlifdir. Məsələn, onlar ən ağır cinayətlər sayılan vətənə xəyanətin, qəsdən adamöldürmənin ömürlük həbslə cəzalandırılması ilə razı deyillər. Bəziləri düşünür ki, ölüm hökmünün ləğvi ağır cinayətlərin artmasına səbəb olub.

Ölüm hökmünün əleyhinə olanların da öz arqumentləri var. Onlar hansısa təsir altında ağır cinayətlər törətmiş insanlarla qəddar davranmanı müasir dövrün qayda-qanunlarına zidd hesab edirlər. Məsələn, təsəvvür edin ki, azyaşlı qızı zorlanmış ata belə alçaq hərəkətə yol vermiş cinayətkarı və onun ailəsini məhv edib. Bu halda həmin atanı ölümə məhkum etmək olarmı? Amma o da doğrudur ki, bütün ağır cinayətlər belə təsirlər altında baş vermir.

Dünya ölkələrinin yarısından çoxu ölüm hökmünü ya qanunla ləğv edib, ya da təcrübədə onu tətbiq etmir. Bu gün 90-a yaxın ölkədə heç bir cinayətə görə ölüm hökmü verilmir. 10 ölkədə isə yalnız hərbi cinayətlərə görə ölüm cəzası verilir,  daha 30 dövlətin qanunvericiliyində ölüm hökmü olsa da, praktikada onu tətbiq etmirlər. Beləliklə, təxminən 130-a yaxın ölkə ya ölüm hökmünü tamamilə ləğv edib, ya da onu təcrübədə tətbiq etmir. Hazırda cəmi 68 dövlətdə ölüm hökmü qüvvədədir. Həmin ölkələrdə hətta 18 yaşına çatmayanlara belə cəza kəsilir.

Beynəlxalq təşkilatlar isə hazırda bütün ölkələrdə ölüm cəzasınnın ləğvi istiqamətində fəal iş aparır.

1990-cu ildən bəri 40-dan çox ölkədə ölüm hökmü tamamilə ləğv edilib. Bura bəzi Afrika ölkələri (Liberiya və Kot-d-İvuar), Amerika ölkələri (Kanada, Meksika, Paraqvay), Asiya ölkələri və Sakit okean regionları (Butan, Samoa, Filippin) eləcə də Avropa və Mərkəzi Asiya dövlətləri (Azərbaycan, Türkiyə, Gürcüstan, Bosniya-Hersoqovina, Kipr, Serbiya, Ermənistan, Türkmənistan, Çernoqoriya, Polşa, Ukrayna) daxildir.

İndiyədək ölüm hökmünü ləğv edən dörd ölkədən başqa digərlərində bu qayda bərpa olunmayıb. Yaplız Nepal  və Filippində edəmetmə cəzası bərpa olunsa da, sonradan yenidən ləğv edilib. Afrikanın Qambiya və Yeni Qvineya ölkələrində isə bu cəza bərpa edilərək qüvvədə saxlanılıb.

Keçmiş SSRİ dövründə Azərbaycanda ölüm hökmü cəzası alan cinyətkarlar güllələnirdilər. Azərbaycanda barəsində ölüm hökmü çıxarılan cinayətkarlar Bayıl təcridxanasının 5-ci korpusunda güllələnirdilər. 1923-93-cu illər ərzində yüzlərlə Azərbaycan vətəndasının yolu «ölüm kamerası»ndan keçib. Orada sonuncu güllə səsləri 1993-cu ilin fevralında eşidilib.

1998-ci il fevralın 10-da mərhum dövlət başçısı Heydər Əliyevin müvafiq fərmanı ilə Azərbaycanda ölüm hökmü ləğv olundu. Həmin vaxt 100-dən artıq ölümə məhkum edilmiş şəxsin cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzləndi.

 

İltifat HACIXANOĞLU