Pensiyası az olan şəxslərə müavinət təyin olunacaq
Şəxsə düşən pensiyanın məbləği onun aldığı, yaxud almalı olduğu sosial müavinətin məbləğindən az olacağı təqdirdə ona müavinət təyin ediləcək.
Adalet.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Sosial müavinətlər haqqında” qanunda edilən dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, “Sosial müavinətlər haqqında” Qanunun 7-ci maddəsində dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, əlilliyə görə müavinət, ailə başçısını itirməyə görə müavinət (7.0.5.1-ci maddə istisna olmaqla), müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin təyinatı şərti kimi şəxsin əmək pensiyası hüququnun olmaması göstərilir.
Ailə başçısının kifayət qədər sosial sığorta stajının olması səbəbindən ailə üzvünün ailə başçısını itirməyə görə pensiya hüququ yarandığı halda həmin müavinətin ödənişi dayandırılır.
Lakin sözügedən əmək pensiyasının ailə üzvünə düşən hissəsi ona təyin edilmiş, yaxud təyin ediləcək sosial müavinətin məbləğindən aşağı olduğu təqdirdə, onun maddi təminatının aşağı düşməsi ilə nəticələnir. Həmçinin əmək pensiyası təyinatının məqsədinin şəxsin, yaxud ailənin itirilmiş gəlirlərinin kompensasiyası olduğunu nəzərə alaraq, bu halda nəinki ailənin itirilmiş gəlirləri kompensasiya olunmur, əksinə azalır.
Dəyişikliyə əsasən, şəxsə düşən pensiyanın məbləği onun aldığı, yaxud almalı olduğu sosial müavinətin məbləğindən az olacağı təqdirdə ona müavinət təyin ediləcək.
Digər Xəbərlər
18 Sentyabr 2026 15:53
Aqil ABBAS: BİZİM ZİYARƏTÇİLƏRİ DƏDƏVƏNGƏ NİYƏ BURAXMIRLAR?
18 Sentyabr 2026 15:42
FHN təlim keçirdi
18 Sentyabr 2026 15:15
"Taksi 20-30 manat olub, metro bağlı, insanlar uçaraq getsin?"
18 Sentyabr 2026 15:13
Ermənistan hakimiyyəti və revanşist ritorika
18 Sentyabr 2026 13:21
Həftəsonu hava dəyişəcək: Leysan yağacaq, dolu düşəcək - Proqnoz
18 Sentyabr 2026 12:57
"Mədəni irsin qorunması istiqamətində sistemli siyasət həyata keçirilir" - Nazir
18 Sentyabr 2026 10:27
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi: 10 nəfər saxlanıldı - VİDEO
17 Sentyabr 2026 22:05


Bakı -°C

