Pişiklərin sirri

Pişiklərin sirri UNO-ların sirrinə bərabərdir. Onların o qədər sirri varki, hətta elm də bunların hamısını açıqlaya bilmir və sübut olunub ki, pişiklərin"üçüncü göz”ü var.
Pişiklər 10 000 ildir ki,insanlarladır və qədimdə onları Tanrının elçisi kimi inanaraq ona başəyirdilər. Orta əsrlərdə isə onları yandırırdılar, inanaraq ki, onları şeytanbu dünyaya yollayıb.
Slavyanlar bu cür şeylərəinanmasalar da, bu günə kimi Ukraynanın bəzi kəndlərində inam var ki, o pişikki, 13 yaşına çatıb, ondan uzaq durmaq lazımdır, çünki sahibindən daha müdrik,daha ağıllı ola bilər və özündə şeytan gücü yarada bilər. Hətta ürəyi yumşaqkəndlilər də nadir hallarda olmurdu ki, öz sevimli ev heyvanını meşələrəazdırmağa aparmasınlar. Yalnız 20-ci əsrdə insanlar bu cür inamlara əlatmayıblar.
30-cu illərdə doktor CozefVenk Rain Kaliforniyadakı Diurk Universitetində parapsixologiyanı öyrənirdi.Uzun təcrübələrinin nəticəsində o, bildirdi ki, pişiklərin paranormal bacarığıvar, onlar qabaqcadan görmə və telepatiyanı bacarırlar. Yəni pişiklər təhlükəniqabaqcadan hissetmə və öz sahibinin uzun məsafələrdən belə başına gələcək pishadisə, və ya ölümünü hiss edə bilirlər.
Yarım əsr olar ki, pişikhissiyyatlarını təcrübələrlə Avropada, Amerikada və keçmiş SSSR-də öyrəniblər.
Artıq pişiklərin təhlükənihissetmə bacarıqlarının olması elə də sirr deyil, buna görə də insanlar onlarıhansısa səyahətə, gəmi səyahətinə və s. yerlərə özləri ilə götürürlər.
Məsəlçün, Neapolitanaxınının sahilində yerləşən Vezuviya adlanan yerdə elə bir insan yoxdur ki,evində pişik olmasın. O yerlərdə tez-tez vulkan püskürdüyündən məhz pişiklərinbirinci evdən qaçdığını görən ev sahibləri təhlükənin olduğundan xəbərdarolurlar.
Hətta 2-ci Dünya Müharibəsizamanı evlərə bomba düşmək riski artdığı zaman ilk olaraq evlərdən pişiklərqaçırdılar. Bu cür hallara bütün müharibə olan ölkələrdə rast gəlinib. İnsanlaronun şahidi olublar ki, bombanın yaxınlaşdığını göstərən cihazdan qabaq bunupişiklər görüb, hiss edirlər. Pişiklərinin bir az da olsa narahatlılıqlarını görəndəev sahibləri tez zirzəmilərə gedib gizlənirdilər. Müharibə zamanı pişiklərin bucür bacarıqlarına görə hətta Avropada ən çox insan həyatını xilas edə bilmişpişiklərə medal da verilmişdir. Medalın üzərində yazılmışdır: "Biz də vətənəqulluq edirik!”.
Aydın olub ki, pişiklər əvvəlcədən hər şeyi hiss edə bilirlər –təhlükəni, hansısa vacib olacaq hadisəni, təbiət kataklizmaları, havanındəyişməsi, və ya sadəcə olaraq evə qonağın gəlməyini. (yoldaşım evəgəlməmişdən, və ya mən özüm evə girməmişdən öncə dişi pişiyimiz artıq çölqapısının qabağında durmuş olur və bizim sanki gəldiyimizi bilmiş kimi baxırbizə).
Baxmayaraq ki, pişiklərhaqda olan hadisələrin bəziləri uydurma ola bilər, alimlər yenə də bu sirrliheyvanlar barədə bəzi açıqlamalar ediblər.
Pişikləri öyrənən məşhur alman buokimyaçı Helmut Tribuç pişiklərinəvvəlcədən hər şeyi hissetmə qabiliyyətlərini onunla izah edir ki, bu heyvanlaratmosferdə olan müsbət yüklənmiş ionlar və atomları hiss edə bilirlər,ətrafdakı maqnit sahəsinin və səslərin dəyişdiyini hiss edilər ki, insan özqulaqları ilə bunları duya bilməz.
Əlavə olaraq, onu da qeydetmək lazımdır ki, pişiklərdə unikal hissiyyat orqanı olan Yakonson var. Bu"üçüncü göz” orqanı onlarda ağız nayihəsində yerləşir. Bu orqanın fəaliyyətiüçün pişik hərəkət etmədən nəfəsi ilə onu içərisinə çəkir. Pişik sahiblərionların bu hərəkətini bu cür görürlər ki, pişik sanki hərəkətsiz durub ağzınıaçıq vəziyyətdə qalır, sanki nəyisə dinləyir.
Lakin hətta bununla beləpişiklərin telepatiya bacarığı sirr olaraq qala bilir. Belə hallar da olub ki,uzaq məsafədə olsa belə, pişiklər öz sahiblərinin narahatlıqlarını hiss edibözləri də narahat vəziyyətə düşüblər, bir küncdən o biri küncə xəstə kimiçırpınıblar.
Alim Bil Şul öz "Pişiklərin psixi bacarığı” adlı kitabında özü şahidolduğu hadisəni qələmə almışdır. Onun polis yoldaşı olan Martində Ficit adlıpişiyi varmış. Bir dəfə Martin başqa şəhərə yola düşərkən onu yolda maşınvurur. Martinin heç bir qohumu olmadığından Bil onun qəbrini ziyarət etməyəgedəndə düşünürdü ki, orada heç kim olmayacaq. Amma orada bir nəfər – onunpişiyi var idi, sahibi ilə vidalaşmağa gəlmişdi.
Qəbirstanlığın işçisi Biladedi ki, bu qəbir hələ təzə qazıldıqda bu pişik gəlib onun qabağında oturubgözləyirdi, sanki bilirdi ki, kimin adınadır bu qəbir.
Pişiklər haqda həttadeyirlər ki, onlar intiqam ala bilərlər, hətta pişik ruhları da var.
Belə bir əfsanə var ki, "Alisa möcüzələr ölkəsində” nağılında olan Çişirpişiyi real həyatda da mövcud imiş. Hansısa Miss Uicin biş pişiyi varmış, bir müddətyoxa çıxıbmış və ondan sonra qadın qapını pişiyin cırmaqlamasını eşidib açır vəgörür ki, pişiyi içəri daxil ola bilmir və sonra quyruğundan başına kimiyavaş-yavaş yoxa çıxır. 50 ilin içində bu pişiyin ruhunu bir çox insanlargörübmüş. Yazıçı bu hadisəni bildikdən sonra o qədər bu sahə ilə maraqlandı ki,nətricədə 1882-ci ildə psixi təcrübələr cəmiyyətinə daxil oldu.
Mənim şəxsi təcrübəmdən onudeyə bilərəm ki, rəhmətlik nənəmin bir dəfə spazması tutdu, yataq otağındapişiyimiz yatmışdı. Necə durdusa, qaça-qaça gəldi oturdu nənəmin sinəsininüstündə və özünü onun sinəsinə xoruldaya-xoruldaya sürtürdü. Nənəmin boğulmasıbundan sonra keçdi və özünə gəldi. Pişik təzədən getdi sakitcə yerində uzanlbyatdı, sanki heç nə olmamışdı. Buna mən, anam və qonşumuz şahid olduq.
İllər öncə mən hələ balacaidim, həyətli evdə qalırdıq. Bizim pişik var idi, səhər tezdən anamı oyatdı ki,onu həyətə buraxsın. Anam yuxulu-yuxulu gəldi ona küçə qapısını açdı və gördüki, pişik əl çəkmir, özü ilə sanki çağırır anamı. Anam nəticədə gördü ki,həyətdə yerləşən hamamdakı böyük su samovarı unudub söndürməyə, içində suqurtarıb və artıq az qalıb ki, indi partlayacaq. Pişik vaxtında xəbərverməsəydi bunu, bəlkə də mən indi burada bu mövzunu yaza bilməzdim sizə.
Bu yaxınlarda da anamınpişiyi yenə xilas etmişdi onları. Miyoldayıb mətbəxə çağırdı anamı ki, sən deməqazanda su çəkilib qazan az qalır yansın odun üstündə )). Yayda da mən Bakıdaolanda naxoş idim, qarnımda sancılar var idi. Pişik də heçnədən gəldi oturduqacağımda və özünü sanki ağrı olan tərəfinə söykəndirdi. Hardasa 15 dəqiqə beləqaldı qucağımda və sonra düz 3 saata yaxın gedib küncdə yatdı. Sanki məndə olanağrının yarısını özünə götürdü.
Bu və başqa hadisələrəinanmaq mümkün olmasa da, onları inkar etmək də mümkün deyil. Alimlər hesabedilər ki, pişiklər insanla ətraf aləm arasında olan vacib varlıqdır. O aləmki, biz onu görmürük. Ona görə də pişiklər bizim üçün olduqca çox sirrli varlıqhesab olunur. Və heç təsadüf də deyil ki, pişiklər bizim xalq tərəfindən də müqəddsə hesab olunur. Deyirlər ki, Məhəmməd peyğəmbər pişiklərə sığal çəkib.
Emin Akif
Digər Xəbərlər

DEYƏSƏN, PAŞİNYAN SİLOTKA YEYİB AĞILLANIB

Tək yaşamaq intihar riskini artırır

Leyla Əliyevadan maraqlı paylaşım - VİDEO

Qəbir yeri neçiyədir?
jpg-1744748367.jpg)
Evtanaziyanı ilk gerçəkləşdirən şeytan: "Ölüm həkimi" Cek Gevorqyan

Babalarımız daşı oyub yazıblar, amma biz oxumuruq

İnsan həyatı ölümdən sonra da davam edir?
