Piyadanı vurub qaçan sürücünün axtarışları davam etdirilir

Bakının Sabunçu rayonunda piyadanı vurub qaçan sürücünün axtarışları davam etdirilir.
Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı İbrahim Əmiraslanlı məlumat verib.
O bildirib ki, iyulun 14-də saat 15 radələrində paytaxtın Sabunçu rayonunda yolu keçən piyada S.Xankişiyeva "Hyundai" markalı avtomobillə vurulub:
"Piyada aldığı xəsarətlər nəticəsində xəstəxanaya yerləşdirilib. Qəzadan sonra sürücü hadisə yerini tərk edib. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar və təqsirkar sürücünün müəyyən edilməsi istiqamətində axtarışlar davam etdirilir".
Digər Xəbərlər

Tərtər çayında boğulan yeniyetmənin meyiti TAPILDI

Bakıda məşhur şadlıq sarayları cərimələndi

Sumqayıtda partlayış - Bir nəfər yaralandı

Azərbaycanda övladlığa götürülən qız anasını evdən çıxardı - VİDEO

Hacıqabulda ərazilərin sudan təmizlənməsi davam etdirilir - VİDEO

Hacıqabulda selin apardığı velosipedçini polis ölümdən qurtardı - VİDEO

“Vialon” MMC sakinlərlə razılaşmadan söküntü aparır - VİDEO
