Polis Goranboyda əməliyyat keçirdi - SAXLANILANLAR VAR
Goranboyda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Adalet.az-a verilən məlumata görə, Gornaboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Borsunlu kəndi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sadiq Nəsirov saxlanılıb. Onun üzərinə şəxsi axtarış keçirilərkən üzərindən 540 qram narkotik maddə olan heroin və 520 qram tiryək olmaqla ümumilikdə 1 kq 60 qram narkotik vasitə aşkar edilərək götürülüb.
Qeyd edək ki, RPŞ əməkdaşlarının bundan əvvəl keçirdikləri silsilə tədbirlər nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakinləri Elşən Abdullayev və Qənbər Abbasov saxlanılmış, onlara məxsus fermadan külli miqdarda narkotik, 198 ədəd avtomat patronu, 2 ədəd “F1”əl qumbarası, 5 ədəd tüstü bombası və 1 ədəd avtomataq sandıqcası aşkar edilərək götürülüb. Bununla da şöbə əməkdaşlarının son günlər narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 13 fakt üzrə ümumilikdə 2 kq 887 qram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Digər Xəbərlər
08 Aprel 2026 13:10
Qaynı arvadının ölümünə səbəb olan plastik cərrah məhkəmə zalında həbs olundu
08 Aprel 2026 12:09
İşlədiyi evdən 30 min manatlıq oğurluq etdi
08 Aprel 2026 10:40
Qanunsuz silahlar aşkarlandı
07 Aprel 2026 11:28
Qaradağda 70 kq narkotik vasitə qanunsuz dövriyyədən çıxarıldı - VİDEO
07 Aprel 2026 10:18
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanıldı
06 Aprel 2026 12:55
"Kivi" yükündə külli miqdarda narkotik vasitə aşkarlandı
04 Aprel 2026 11:51
Polis qanunsuz saxlanılan tüfəngləri aşkar etdi
04 Aprel 2026 10:56


Bakı -°C

