adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
31 Mart 2023 10:59
430
GÜNDƏM

 Poqosyan: "Qarakənddə hər ailə 5-6 hektar kartof əkib" - Bəs "soyqırım" idi?

Dünyanın ən həyasız, ən sırtıq toplumu olan haylar Azərbaycan ordusunun Qarabağ ərazisində irəliləməsini, müəyyən ərazilərə nəzarəti ələ keçirməsinə içlərində həyəcan , təşviş keçirdikləri bəllidir. Amma həyasız duruşları və hərəkətləri , psixoloji reaksiyaları ilə guya bu kimi hadisələrdən çəkinmədiklərini sərgiləməkdə, Azərbaycanın “inteqrasiya” çağırışlarını “veclərinə almamağı göstərməkdə davam edirlər.


Erməni mediası bir tərəfdən Azərbaycanın Qarabağda “soyqırım yaratdığını yazır , digər tərəfdən isə Qarabağ ermənilərin yaz əkin-biçinə uğurla başladığından bəhs edirlər. Ortaya sual çıxır. Azərbaycan həqiqətən erməni mediasının yazdığı kimi “soyqırım" edirsə, o zaman “zərərdidələrdən”  toplu məzar, işgəncə üsuli ilə ölən- itən, dərələrə-dağlara səpilən qadın, uşaq, qoca, xəstə cəsədləri hanı? Hanı yağmalanmış evlər, dağıdılmış yurdlar, yurdundan perik salınmış köçkünlər, qaçqınlar? Axı biz soyqırımı 31 il əvvəl belə gördük. Gözümüzün önündə baş verən Xocalı soyqırımı məhz dediyimiz kimi oldu.


Adalet.az xəbər verir ki, amma indi ermənilər qondarma rejimin böyük sürətlə kənd təsərrüfatı işlərinə başladığını yazır. Belə ki, Rusiya sülhməramlılarının nəzarəti altında olan Martuni (Xocavənd ) rayonunda hər ailə orta hesabla 5-6 hektar kartof əkib. Martuni Qarakənd kənd  (Bardaşen) icmasının rəhbəri Georgi Poqosyan deyib ki, “hayastan ümumerməni fondunun maddi dəstəyi kənd təsərrüfatını inkişaf etdirilməsinə böyük yardımçı olub:“Xeyriyyə proqramı ilə bir ailəyə 6 kiloqram toxum verilib. Bundan əlavə, kəndlilər də müvafiq dövlət dəstəyi və “Hayastan” ümumerməni fondunun proqramlarından yararlanıblar. Evlərinin yaxınlığındakı sahələrdə kifayət qədər böyük səpin aparılıb”

Təsvirsiz.

Poqosyan əminliklə vurğulayıb ki, icmanın əkin sahələri əsasən artezian suları ilə suvarılır, lakin elektrik enerjisinin kəsilməsi zamanı problemlər yaranır:“Artezian quyularını artırsaq, kifayət qədər məhsul əldə etmək olar ki, hətta ixrac da edə bilərik”
Poqosyan hətta məmnunluqla qeyd edib ki, 2022-ci ildə müasir standartlara uyğun su anbarı tikilib, bunun sayəsində kənddə 200 hektara yaxın intensiv bağ salınır." Hazırda artıq ananas, nar bağları əkib becərmişik. Bardaşen kəndində (Qarakənd kəndi) yaz əkini çərçivəsində bardaşenlilərin kətan, qarabaşaq, qarğıdalı səpinlərini başa çatdığını, tərəvəz bitkilərinin toxumları, xüsusilə xiyar, qarpız və soğan sahələrinin artıq suvarılması da bitib" .

Təsvirsiz. 

Qeyd edək ki, Azərbaycan tərəfin 2022-ci ilin rəsmi məlumatları da erməni Poqosyanın dediyini təsdiqləyir. Beləki, işğal altındakı ərazilərdə 10-dək su anbarı, 7 sututarı olub. Ərazilərdəki suvarma şəbəkələrinin uzunluğu 6 426 km, hidroqovşaqların sayı 2, kollektor-drenaj şəbəkəsinin uzunluğu 330 km, hidrotexniki qurğuların sayı 8003, nasos stansiyalarının sayı 88, subartezian quyuların sayı 1 429 ədəd olub. Üstəgəl bu ərazilərin böyük bir hissəsi Rusiya sülhməramlılarının nəzarətində , daha dəqiq ermənilərin əlində olduğu üçün separatçıların bol məhsul yığacaqlarına, qazanacaqlarına şübhəmiz yoxdu.

 Təsvirsiz.

 Əntiqə Rəşid