06 Aprel 2025 19:05
316
İDMAN

Premyer Liqa: "Kəpəz" səfərdə "Sabah"a qalib gəlib

Misli Premyer Liqasının XXIX turunda "Kəpəz" səfərdə "Sabah"a qalib gəlib.

Adalet.az xəbər verir ki, “Bank Respublika Arena”da baş tutan oyunda gəncəlilər 1:0 hesablı qələbəyə sevinib.

Yeganə qolu 41-ci dəqiqədə Valdemar Almeyda vurub.

"Bayquşlar" 36 xalla turnir cədvəlində beşincidir. 27 xalı olan qərb təmsilçisi isə doqquzuncu pillədə yer alıb.

Qeyd edək ki, turun açılış qarşılaşamasında "Səbail" doğma meydanda "Turan Tovuz"la qolsuz heç-heçəyə razılaşıb.