07 Aprel 2025 00:23
249
İDMAN

“Qarabağ”ın Xankəndiyə səfəri nəzərdə tutulur

Qarabağ Universitetinin rektoru professor Şahin Bayramov “Qarabağ”klubunun prezidenti Tahir Gozellə görüşüb.

Adalet.az xəbər verir ki, bu barədə klubun yaydığı məlumatda bildirilir.

Görüş Mislu Premyer Liqasını 29-cu turunun bu gün keçirilən “Qarabağ” – “Zirə” oyunu (1:0) çərçivəsində baş tutub.

Tahir Gözel və rektor arasında fikir mübadiləsi aparılıb. Şahin Bayramov “Qarabağ" Futbol Klubunu Qarabağ Universitetinə dəvət edib. 

Tahir Gözel bu dəvətə müsbət münasibət bildirib. O vurğulayıb ki, komandanın yaxın planlarında bölgəyə – o cümlədən Xankəndi və digər azad edilmiş şəhərlərə səfər nəzərdə tutulur: “Bu təşəbbüsü yüksək qiymətləndiririk. Qarabağ bölgəsinə səfər bizim də planlarımızda var və bu istiqamətdə addımlar atmağa hazırıq”.

Qeyd edək ki, görüş zamanı tərəflər gələcək əməkdaşlıq imkanlarını da müzakirə ediblər.