Prezident Şuşanın Qarabağ küçəsində həyata keçirilmiş işlərlə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub.
Adalet.az xəbər verir ki, Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində yerli investorlar tərəfindən ümumilikdə müxtəlif təyinatlı10 bina inşa edilib. Onların arasında mehmanxana, apart hotellər, ofislər, iaşə obyektləri var. Tikinti işlərinin aparılması zamanı keyfiyyətlə yanaşı, binaların Şuşanın ümumi görünüşünə uyğun olmasına da xüsusi diqqət yetirilib. Bu layihənin icrası ilk növbədə tarixi şəhərimiz və mədəniyyət paytaxtımız olan Şuşanın inkişafı istiqamətində atılan addımların bir hissəsidir. Binaların inşası şəhərin gözəlliyinə əlavə rəng qatır, burada aparılan bərpa-yenidənqurma işlərinin həcmini göstərir. Bu, eyni zamanda, Şuşanın iqtisadi həyatının canlanmasına, şəhərin sakinlərinin və qonaqlarının rahatlığının təmin olunmasına da töhfə verir.
Qeyd edək ki, layihə həm də Azərbaycanda dövlət-özəl tərəfdaşlığının yüksək səviyyədə qurulduğunu aydın şəkildə nümayiş etdirir.
Digər Xəbərlər
23 Avqust 2026 23:41
Birinci xanımlar "Oxunguzar” incəsənət məkanı ilə tanış olublar - FOTO
23 Avqust 2026 19:25
Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi oldu - FOTOLAR
23 Avqust 2026 10:30
Prezidentin səfərini işıqlandıracaq jurnalistlər belə yola düşdü - VİDEO
22 Avqust 2026 18:00


Bakı -°C

