Prezidentdən Laçın rayonu ilə bağlı AÇIQLAMA

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə toxunub və Laçının inkişafından danışıb.
Adalet.az xəbər verir ki, dövlətimizin başçısı qeyd edib: “Bugünkü iclasda humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə toxunmaq istərdim. Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiyinə görə MDB dövlət başçılarına təşəkkürümü bildirirəm”.
Bu ilin iyununda Laçında “MDB-nin mədəniyyət paytaxtı ili”nin açılış mərasiminin keçirildiyini vurğulayan Prezident İlham Əliyev deyib ki, tədbir gedişində Azərbaycanın bu qədim torpağının tarixi, mədəni irsi haqqında məlumat verilib. Dövlətimizin başçısı əlavə edib: “Tədbirin qonaqları Ermənistanın 30 illik işğalından azad ediləndən sonra Laçının sürətli dirçəlişinin əyani şəkildə şahidi oldular”.
Digər Xəbərlər

Prezidentin 10 gün ərzində üç sammitdə iştirakı... - Hikmət Hacıyev

Spiker Milli Məclisin növbəti iclasının vaxtını açıqladı

"Vəkilləri qorumaq həm də dövlətin borcudur" - Deputat

İlham Əliyev MDB liderlərinin şərəfinə təşkil olunan rəsmi qəbulda - FOTO

MDB ölkələrinin liderləri Düşənbədə 19 sənəd imzalayıb - YENİLƏNİB

“Mülki təyyarəmizin Rusiya tərəfindən vurulmasının iki səbəbi ola bilər”

ATƏT sədri Azərbaycana səfər edəcək
