24 Iyul 2024 06:23
44
ANALİZ

Prezidentin Şuşadan beynəlxalq aləmə verdiyi mesajlar

Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumundakı çıxışı zamanı verdiyi mesajlar bu gün beynəlxalq aləmi narahat edən məsələlərin həlli baxımdan çox əhəmiyyətli idi. İlkin mesaj ondan ibarət idi ki, XXI əsr olmasına baxmayaraq dünya neokolonist siyasət yürüdən ölkələrin təhdidindən xilas ola bilməyib və hələ də bunun acısını yaşamaqdadır. Çünki günümüzdəki reallıqda neokolonist siyasət yürüdən ölkələr hədəflərinə nail olmaq üçün daha çox informasiya müharibəsini həyata keçirib dezinformasiya siyasətinə üstünlük verirlər. Bu günümüzün acı reallığıdır. Ona görə də Azərbaycan özü də 30 ildən artıqdır ki, dezinformasiya siyasətindən əziyyət çəkən ölkələrdən biridir".

Bunu mətbuata  açıqlamasında VI çağırış Milli Məclisin deputatı İltizam Yusifov deyib.

O əlavə edib ki, bütün parametrlərinə görə İkinci Şuşa Qlobal Media Forumu Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və informasiya diplomatiyası baxımdan mühüm əhəmiyyət kəsb edir. 

"Digər mesajlara gəldikdə bunları qeyd etmək olar

- Azərbaycanın xarici siyasətinin prioritetləri, beynəlxalq münasibətlər sistemindəki yeri və rolu, dünyada baş verən proseslərə və münaqişələrə yanaşması;

- Cənubi Qafqazın gələcəyi baxımdan çox mühüm mesaj verildi. Bildirildi ki, bölgə ölkələri gələcək təhlükələrdən özlərini sığortalamaq üçün yeni transformasiya qaydalarına olaraq bir-biri ilə sülh və sıx əməkdaşlıq şəraitində yaşamalıdırlar. Ölkələr bir-birinə qarşı ərazi iddialarından əl çəkməlidir. Bu xüsusən Ermənistana aiddir. Bu olarsa, o zaman bölgənin perspektivli inkişafı Baltik ölkələrində olduğu kimi birgə fəaliyyət nəticəsində mümkün olacaq. 

- İrəvanla Bakı arasında sülh danışıqları baxımdan da Ermənistana və onun havadarlarına ciddi mesajlar verildi. Bildirildi ki, sülhün ilkin şərti kimi tərəflər ATƏT-in keçmiş Minsk qrupuna ehtiyac qalmaması barədə birgə çıxış etməli və Ermənistan tərəfi konstitusiyasına dəyişiklik etməlidir. Bunlar olacağı təqdirdə sülh mümkündür.

- İkinci Qarabağ savaşından sonra yeni reallığın tələblərinə uyğun irəliyə doğru addımlar atılması baxımdan;

- Rusiya-Ukrayna müharibəsinin gələcəyi ilə bağlı mövqeyi çox əhəmiyyətli idi. Cənab İlham Əliyev bu münaqişənin həllində Azərbaycan təcrübəsinə üstünlük verməsini vurğulayaraq Kiyevə mesaj verdi ki, ən pis sülh danışığı belə müharibədən daha yaxşıdır. 

- Qərbin bəzi ölkələrinin, xüsusən də Fransanın Azərbaycana qarşı yanlış və qərəzli olaraq həyata keçirdiyi soyuq müharibəsinin sonuc etıbarı ilə onların ziyanın olacağı baxımdan;

- Neokolonist siyasətdən əziyyət çəkən Okean ölkələrinin gələcək inkişafına ciddi dəstək verilməsi baxımdan;

- Azərbaycanın bundan sonra da qlobal enerji təhlükəsizliyində oynayacağı rol baxımdandan ciddi mesajlar verildi. Azərbaycan neft-qaz sahəsində olduğu kimi, "yaşıl enerji" məsələsində geniş potensiala malik olmaqla yanaşı, "yaşıl enerji"nin diversifikasiyasına və qovşaq ölkə olması barədə mesajı verildi. Bildirildi ki, Bakı Orta Asiyada istehsal edilən "yaşıl enerji"nin Azərbaycan üzərindən Avropaya ixracında qovşaq rolunu oynamağa hazırdır.

- Noyabrda Bakıda keçiriləcək COP 29 sammitinin iqlim dəyişikliyinə qarşı mübarzidədə müstəsna rol oynayacağı baxımdan Azərbaycanın baxışları beynəlxalq aləmə çatdırıldı.

Təbii ki, burada ABŞ-da keçiriləcək prezident seçkiləri, Rusiya-Azərbaycan əməkdaşlığı, Şimal-Cənub Dəhlizi və sair bu kimi ciddi mesajlar oldu. Ümumiyyətlə ölkə başçısının Şuşadan verdiyi mesajlar Azərbaycanın gələcək inkişafı və qarşıya qoyduğu hədəflərə nail olunması, beynəlxalq münasibətlər sistemində ciddi aktora çevrilməsində mühüm əhəmiyyət kəsb edəcək", - o qeyd edib.