Prokurorluq işçilərinin maddi təminatı gücləndirilir
Prokurorluq işçilərinin maddi təminatı artırılır.
Adalet.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün tətbiqi barədə fərman imzaladığı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
İndiyə qədər qüvvədə olan qanuna görə, prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alırlar. Prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir.
Dəyişikliyə əsasən, prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli deyil, 1,25 misli məbləğində vəzifə maaşına əlavə alacaqlar. Prokurorluq işçilərinə pul mükafatının verilməsi məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində prokurorluq işçiləri üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur.
Qanun 2023-cü il yanvarın 1-dən tətbiq ediləcək.
Digər Xəbərlər
07 Iyul 2026 19:51
Arayikgilin növbəti apellyasiya məhkəməsi oldu - FOTOLAR
06 Iyul 2026 11:39
Kassasiya şikayətlərinin verilmə müddətlərinin optimallaşdırılması tövsiyə edildi
06 Iyul 2026 11:32
Baş Prokurorluqdan Fatimə Kərimovanın qətli ilə bağlı AÇIQLAMA
03 Iyul 2026 09:26
"Arzum" niyə 5 il 2 ay müddətinə həbs edildi? - Hakimdən AÇIQLAMA
02 Iyul 2026 11:36
"Arzum 9999" ləqəbli tiktoker məhkəmə zalında həbs olunub
30 Iyun 2026 19:08
Arayikgilin növbəti məhkəməsi oldu - FOTOLAR
29 Iyun 2026 09:18
Aparat rəhbəri ölkədə fəaliyyət göstərən hakimlərin sayını açıqladı
24 Iyun 2026 11:17


Bakı -°C

