19 Avqust 2016 13:43
252887
MODA

Qadın geyimlərini baltalayan modelyer

Baltalayansözünü dırnaq arasında bilərəkdən yazmadım, çünki söz burda birbaşa mənasındaişlənir. Qadın geyiminin uzun ətəyini yarıdan baltalayıb kəsən, ya dapaçadan baltalayıb şalvara döndərən məhz bu qadındır – Qabriel Koko Şanel,dünyanın gəlmiş-getmiş ən böyük modelyeri. Koko Şanelə qədər moda çox dəyişsə də,əslində inqilabi dəyişiklik baş vermirdi, həmin uzun ətək, korsetlər, şlyapalaryenə də geyimin əsas göstəricisi idi. Koko Şanel geyimdə inqilab edərək, bütünbunları yox etdi: ətəklər qısaldı, korsetlər zibil qablarına tullandı. Ən əsası,maskulin tərzi dəbə gətirdi, qadınlar artıq şalvar geyinib, qalstuk taxdı. İlkdəfə Şanel özü şalvar geyinib piknikə gedəndə kişilər heyrətini beləbildirmişdilər: "Məgər, qadınların ayaqları olur?” Qınamalı deyil, daim qadınayaqlarını uzun ətəyin altında gizlənmiş görən kişilər, bu cinsin də ayaqlarıolduğunu unutmuşdular.

Bundanbaşqa, Şanel ilk dəfə bijuteriyaları dəbə mindirdi. Zəngin qadınlar ləl-cəvahiratdanimtina edib süni parıltılara üstünlük verdilər.

Şanel1883-cü ildə Somyür şəhərində doğulub, amma özü sonralar iddia edirdi ki, doğumtarixi 1893-cü ildir. Uşaqlığı çətin keçib – anası doğuş prosesində öldüyü üçün qısamüddət sonra atası da dörd uşağını tərk edib. Şanel bacı-qardaşlarını uşaq evinə qoymalıolub, özü isə mağazada işləyir, axşamlar kabaredə oxuyurdu. Koko təxəllüsü dəona oxuduğu mahnının adından verilib. Burada zabit Etyen Balzanla tanışlıqdansonra onunla Parisə köçüb, daha sonra zabitdən ayrılaraq, onun dostu ArturKeypellə münasibət qurub. Evliliklərinə az qalmış Artur vəfat etdiyindən toybaş tutmayıb. Və Şanel bir daha evlənmək istəməyib. Amma bu, onun müxtəlif zənginkişilərin sevgilisi olmağına mane olmayıb. "Qadının ən gözəl aksessuarı,yanındakı zəngin və yaraşıqlı kişidir”, deyən Şanel kişilərin var-dövlətindənkaryerası üçün istifadə edib.

İlkdəfə açdığışlyapa mağazasından tutmuş, sonrakı dövrlərdə mağazalar şəbəkəsinə qədər hamısısevgililərinin hesabına olub, özünün pul xərcləməklə qəti arası olmayıb.  Üstəlik bunu heç vaxt gizləməyib. Şanelin IIDünya Müharibəsində də maddi çatışmazlıqları olmayıb. Belə ki, onun nasist Almaniyasıilə yaxın əlaqədə olduğu deyilirdi, hətta faşist zabitlərindən Hans Günterin məşuqəsiolub. Buna görə də müharibədən sonra barəsində iş açılır və həbs olunur. Amma Uinston Çerçilin məsələyə qarışmasıyla azadlığa çıxaraq, məcburi Fransanı tərk edir.1953-cü ilə qədər İsveçrədə yaşayır. Bu dövrdə isə moda ilə məşğul olmur.1954-cü ildə 71 yaşındaykən yenidən moda aləminə qayıdır. 1971-ci ilə, yəni ölümünə qədər bir çox dəblərgətirib, bunların əksəriyyəti də açıq-saçıq paltarlar olub, amma sonda modelyerinözü də peşman olub: "Mən qadın bədəninin gözəl hissələrini açmağa çalışdım, ammaqadınlar lap irəli getdilər, indi də tamam çılpaq gəzmək istəyirlər”.  

Şəfiqə ŞƏFA