adalet.az header logo
  • Bakı -°C
31 Iyul 2026 00:51
71
İDMAN
A- A+

“Qarabağ” Avroliqa ilə VİDALAŞDI - YENİLƏNİB

UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qarabağ" səfərdə ÇSKA (Sofiya, Bolqarıstan) ilə cavab oyununa çıxıb.

Adalet.az-ın məlumatına görə, "Vasil Levski" stadionunda keçirilən qarşılaşmada hesab açılmayıb - 0:0.

Bakıda baş tutan ilk görüşdə də tərəflər fərqlənə bilməmişdilər.

Hər biri 15 dəqiqədən ibarət əlavə iki hissədə də qapılara qol vurulmadığından qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan (5:4) meydan sahibləri avroliqanın III təsnifat mərhələsinə yüksəliblər.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv isə mübarizəni Konfrans Liqasının III təsnifat mərhələsində davam etdirəcək. Komanda burada Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə üz-üzə gələcək.

Xatırladaq ki, UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin matçları 6 və 13 avqusta təsadüf edəcək.

 

00:36

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya, Bolqarıstan) - "Qarabağ" oyununda əlavə vaxt başa çatıb.

Adalet.az-ın məlumatına görə, "Vasil Levski" stadionunda keçirilən qarşılaşmada hesab açılmayıb - 0:0.

Matçda hər biri 15 dəqiqədən ibarət iki əlavə hissə oynanılıb. Qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulacaq.

30 iyul, 23:58

 

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya, Bolqarıstan) - "Qarabağ" oyununda ilk əlavə vaxt başlayıb.

Adalet.az-ın məlumatına görə, "Vasil Levski" stadionunda keçirilən qarşılaşmada hesab açılmayıb - 0:0.

Matçda hər biri 15 dəqiqədən ibarət iki əlavə hissə oynanılır. Əgər burada da qalib müəyyənləşməsə, penaltilər seriyasına ehtiyac duyulacaq.

30 iyul, 23:53

 

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya, Bolqarıstan) - "Qarabağ" oyununda ikinci hissə başa çatıb.

Adalet.az-ın məlumatına görə, "Vasil Levski" stadionunda keçirilən qarşılaşmada hesab açılmayıb - 0:0.

Matçda hər biri 15 dəqiqədən ibarət iki əlavə hissə oynanılacaq. Əgər burada da qalib müəyyənləşməsə, penaltilər seriyasına ehtiyac duyulacaq.

23:06

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya, Bolqarıstan) - "Qarabağ" oyununda ikinci hissə başlayıb.

Adalet.az-ın məlumatına görə, "Vasil Levski" stadionunda keçirilən qarşılaşmada hesab açılmayıb - 0:0.

Görüşü belçikalı FIFA referisi Brem van Drisş idarə edir.

 

22:50

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya, Bolqarıstan) - "Qarabağ" oyununda ilk hissə başa çatıb.

Adalet.az-ın məlumatına görə, "Vasil Levski" stadionunda keçirilən qarşılaşmada hesab açılmayıb - 0:0.

Görüşü belçikalı FIFA referisi Brem van Drisş idarə edir.

 

22:02

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya, Bolqarıstan) - "Qarabağ" oyunu başlayıb.

Adalet.az-ın məlumatına görə, qarşılaşma "Vasil Levski" stadionunda keçirilir.

Görüşü belçikalı FIFA referisi Brem van Drisş idarə edir.

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk oyun qolsuz başa çatıb.