Qarabağ haqqında film çəkmiş rejissora "Oscar"lı prodüserdən təklif
Qarabağ haqqında çəkilmiş "Açar" filmi dünyaya çıxır.
Adalet.az xəbər verir ki, bu barədə filin quruluşçu rejissoru Elşad Əliyev açıqlama verib.
"Bir müddət öncə ABŞ-nin qısametrajlı filmlərin distribusiyası üzrə ixtisaslaşmış "7 Palms Entertainment" şirkətinin direktoru, "Oscar" və "Emmi" mükafatlı prodüser Colin Laviola bizə müraciət edərək "Açar" filmimizi Fransada festivalda görüb bəyəndiyini və dünya distribusiyasını həyata keçirmək istədiklərini yazdı. Filmi büdcəsiz çəkdiyimizi və distribusiya xərclərini qarşılaya bilməyəcəyimizi dedik, bütün xərcləri qarşılamağa hazır olduqlarını bildirdi. Beləcə, müqavilə bağlayıb "Açar"ın yayım hüquqlarını verdik bu şirkətə. Düzdür, qısa filmin böyük pullar qazanması çətin məslədir. Əsas odur Qarabağ haqqında film dünyada yayılsın. Bütün komandamızı təbrik edirəm!".
Qeyd edək ki, filmin ssenari müəllifi və quruluşçu rejissoru Elşad Əliyev, görüntü rejissoru Cavid Oruclu, quruluşçu rəssamı Arif Niftiyev, montaj rejissoru Elşad Rəhimov, səs rejissoru Mehman Nadirov, prodüserləri Orxan Behbid, Senur Əhədov və Mətin Ələkbərlidir.
Filmdə Qurban İsmayılov, Rasim Cəfər, Reyhan Cəfər, Hüseyn İsgəndərov, Yusif Şeyxov, Zemfira Əbdülsəmədova, Arif Kərimov, Rövşən Ağayev, Eldar Cəbrayıl, Selin Cəbrayıl və başqaları çəkiliblər.
Emin
Digər Xəbərlər
19 Mart 2026 15:09
“Bizə intellektual verilişlər lazımdır ki, ideoloji təbliğat aparaq...”
18 Mart 2026 11:29
"Bu il daha 8 min müəllim attestasiya prosesinə cəlb olunacaq" - Nazir
16 Mart 2026 16:25
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
10 Mart 2026 14:53
Leyla Əliyeva "Qız Qalası" qalereyasında - VİDEO
10 Mart 2026 12:30
Əməkdar artist: ““Kor” rejissorlara rast gəlməmişəm”
10 Mart 2026 11:58
Özündən əvvəl səsi tanınan adam - Əntiqə Kərimzadə yazır…
10 Mart 2026 10:38
118 Yaşlı Füzuli Teatrı - Mirqiyas Seyidsoylu yazır
02 Mart 2026 09:57


Bakı -°C

