Qarabağ Universitetində ilk dərs günü - FOTOLAR+VİDEO
Sentyabrın 23-dən Qarabağ Universitetində ilk dərs günü başlanıb.
Adalet.az xəbər verir ki, rektor Şahin Bayramov Qarabağ Universitetinin ilk tələbələrini salamlayaraq yeni tədris ilini açıq elan edib.
Ş.Bayramov tələbələrə yeni dərs ilində uğurlar arzulayaraq bildirib ki, burada təhsil alan gənclər Qarabağ Universitetinin ilk tələbəsi olmaqla, həm də Qarabağ Universitetinin ilk məzunu olmaq şansını qazanıblar.
Rektor vurğulayıb ki, tələbələr universitetin və bütövlükdə regionun inkişafında fəal rol oynayacaqlar.
Qeyd edək ki, Qarabağ Universitetinə qəbul olan tələbələrdən 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplayıb. Ən yüksək nəticə 683,8 balla hüquqşünasliq ixtisası üzrə qeydə alınıb. Olimpiada qalibi olan bir abituriyent universitetin elektrik və elektronika mühəndisliyi ixtisasına müsabiqədənkənar qəbul edilib. Ümumilikdə, Qarabağ Universitetinə I-IV ixtisas qrupları üzrə orta qəbul balı 467,6 olub.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.
***
Bu gündən etibarən Xankəndidə, Qarabağ Universitetində tədris prosesinə start verilib.
Adalet.az xəbər verir ki, sosial şəbəkələrdə yayılam görüntülərdə artıq tələbələr universitetə gəliblər.
Digər Xəbərlər
20 Aprel 2026 18:39
Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ!
20 Aprel 2026 10:52
263 məktəbdə ciddi sanitar pozuntular aşkarlanıb
20 Aprel 2026 10:38
656 bal topladı, yenidən imtahan verdi - SƏBƏB
20 Aprel 2026 10:10
Məntiq tədris olunmursa, bu suallar imtahanda nə üçün lazımdır? – Təhsil eksperti
19 Aprel 2026 14:40
DİM tərəfindən yeddi imtahan keçirilib: doqquz nəfərdə telefon aşkarlanıb - YENİLƏNİB
18 Aprel 2026 18:41
İsveçrəli yazıçı Xəzər Universitetinin qonağı olub
17 Aprel 2026 19:18
Bu il maksimum balı o topladı
17 Aprel 2026 14:44


Bakı -°C

