Qarabağ Universitetində 2024-cü ildə neçə tələbə təhsil alacaq? - Nazir açıqladı
Qarabağ Universitetində 2024-cü ildə 800 mindən artıq tələbənin təhsil almasını planlaşdırırıq.
Adalet.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinq zamanı deyib.
Nazir qeyd edib ki,Qarabağ Universitetində 30-40 nəfər akademik heyət yaşayacaq.
"İnfrastruktura tədris binaları, auditoriyalar, kitabxanalar, idman zalları və yataqxana daxildir. Müəllimlərin bir qismi yaxın ərazilərdə yaşayacaq. Tədrisin təşkili növbəli şəkildə olacaq. Qəbul prosesi ənənəvi şəkildə aparılacaq. Eyni zamanda, "Sabah" qruplarını da Qarabağ Universitetinə müraciət əsasında köçürməyi düşünürük. "Sabah" qruplarında oxuyan istedadlı gənclərin Qarabağ Universitetində oxuması yeni başlanğıc olacaq. Qarabağ Universitetinin digər universitetlərlə ikili təhsili təşkil ediləcək.
İlkin mərhələdə 4 fakültə olmasını planlaşdırırıq. Təhsil və pedaqoji ixtisas öncəliklidir. Universitetdə ibtidai sinif müəllimliyi, məktəbəqədər təhsil, riyaziyyat müəllimliyi, informatika müəllimliyi, korreksiyaedici təlim, təhsildə sosial-psixoloji xidmət, informasiya texnologiyaları, kompüter elmləri, kompüter mühəndisliyi, qida mühəndisliyi, şəhərsalma, inşaat mühəndisliyi, beynəlxalq münasibətlər, regionşünaslıq, tarix, kommunikasiya və rəqəmsal media, beynəlxalq ticarət və logistika, biznesin idarə edilməsi, iqtisadiyyat, maliyyə-marketinq, menecment, mühasibat, turizm işinin təşkili və turizm bələdçiliyi ixtisasları tədris olunacaq",- deyə nazir bildirib.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi media üçün brifinq keçirir. Brifinqdə elm və təhsil naziri Emin Əmrullayev, Ümumi təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Elm və Ali təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov iştirak edir.
Digər Xəbərlər
22 Sentyabr 2026 20:04
Paytaxtdakı ali təhsil müəssisələri distant təhsilə keçir - RƏSMİ
22 Sentyabr 2026 17:58
Məsud Əfəndiyev Lənkəran Dövlət Universitetində seminar keçirib
22 Sentyabr 2026 17:18
Toğrul Xəlilov direktor təyin edildi
21 Sentyabr 2026 13:08
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR
21 Sentyabr 2026 07:14
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
18 Sentyabr 2026 15:37
Azərbaycan Universitetində Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir
18 Sentyabr 2026 10:24
Lənkəran Dövlət Universiteti və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi birgə kadr hazırlığına başladı
16 Sentyabr 2026 17:50


Bakı -°C

