"Qarabağ" yeni transfer edəcəkmi? - Açıqlama

Qış transfer pəncərəsində heyətinə 3 futbolçu cəlb edən “Qarabağ” daha bir transfer planlaşdırır.
Adalet.az xəbər verir ki, Ağdam təmsilçisi hücum xəttini gücləndirmək niyyətindədir. Komandanın baş məşqçisi Qurban Qurbanov bir neçə gün əvvəl saytımıza açıqlamasında hücum xəttinə bir legioner oyunçu cəlb etmək istədiklərini demişdi.
Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bu yöndə çalışmaların davam etdiyini bildirib: “Maraq dairəmizdə olan futbolçular var. Amma yeni transferlə bağlı dəqiqləşən nəsə yoxdur. Əgər hər hansı bir transfer dəqiqləşərsə, bu barədə ictimaiyyətə məlumat verəcəyik”.
Xatırladaq ki, "Qarabağ" bu qış Rüstəm Əhmədzadə, Luka Quqeşaşvili və Leandro Andradeni transfer edib.(qol.az)
Digər Xəbərlər

“Qarabağ” “Benfika”nı diz çökdürdü - FOTOLAR

Aftandil Hacıyevin 1:7 hesablı məğlubiyyət ŞƏRHİ

U-15 millimiz Monteneqro yığması ilə heç-heçə etdi

"Qarabağ"ın gəncləri "Benfika"ya 7 qolla uduzdu - VİDEO

"Formula 1": Azərbaycan Qran-prisində sprint yarışı olmayacaq

Əliyar Ağayev Çempionlar Liqasının oyununu idarə edəcək

"Qarabağ"dan sürpriz gözləyirəm" - Tyerri Anri
