06 Sentyabr 2023 08:59
1568
MARAQLI

Qarabazar hadisəsi-ermənilərin müsəlman kəndlərində törətdikləri vəhşiliklər

Xəbər verdiyimiz kimi Adalet.az-ın əməkdaşı 1905-1906-cı illərdə erməni-müsəlman davasıyla bağlı silsilə yazılara start verib. Növbəti yazını təqdim edirik:

Qarabazar hadisəsi

Mirzə Hüseyn Cavad oğlu qarabazarlı mənimlə üzbəüz oturub bu əhvalatı özü nəql etdi. O, mənə danışdı ki, ermənilər müsəlman kəndlərində törətdikləri vəhşilikləri eşidərkən biz hövsələdən çıxdıq və Qarabazar, Qoçuəhmədli, Pirəhmədli, Qaragüllü və başqa kəndlərdən cavanları və igid döyüşçüləri toplayıb ermənilərin bu vəhşiliklərinin qarşısını almaq qərarına gəldik. 

Biz silahlanıb erməni kəndlərinin üstünə gedərkən xəbər gətirdilər ki, ermənilər ətraf kəndləri boşaldıb hamısı mövqeyi baxımından möhkəm və yaxşı mühafizəsi olan Xırmancıq kəndinə toplaşıblar. Bütün ətraf kəndlərin kişiləri və övrət-uşaqları da Xırmancıqda cəmləşmişdilər. Ətrafdan gələn ermənilər özləri ilə mal-dövlətlərini də bu kəndə gətirmişdilər.

Erməni kəndlərinin üzərinə getməyə hazırlaşan müsəlman dəstəsi Xırmancıq kəndinə gələrək onu iki tərəfdən mühasirəyə aldılar. Vəziyyəti belə görən ermənilərin bir qismi o biri tərəfdən qaçmağa başladılar. Bir qismi isə məxfi yerlərdə gizləndilər. Müsəlman dəstəsi gözə görünən ermənilərlə atışa-atışa kəndə daxil oldular. Bir neçə erməni öldürüldükdən sonra kənddə olan mal-dövlətdən qənimət kimi götürüb özləri ilə geri qayıdanda meşələrdə gizlənmiş  ermənilərlə atışmaları oldu və müsəlmanların tamahkarlığı ucbatında  bir neçə nəfər müsəlman şəhid oldu. Müsəlmanlar şəhidlərin meyitlərini özləri ilə götürüb geri qayıtdılar”.

Mənbə: “Mir Möhsün Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” kitabı. 
Vasif Əlihüseyn 
Ardı var..