adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
08 Iyul 2015 12:37
87919
RUBRİKA

“Qarşıdan gələn seçkilərdə iştirak qismət məsələsidir”

Mandat. O, hər kəsəqismət olmur. Gərək seçiləsən, xalqın tərəfindən seçilmiş olasan. Azərbaycandahər 5 ildən bir, 125 nəfərə belə səadət nəsib olur: xalqını, onları seçəni təmsiletmək. Bu il ölkəmizdə Milli Məclisə növbəti seçki keçiriləcək. İndikideputatlardan yenə seçilmək istəyənlər olacaq. Lakin son sözü həmişə xalqdeyir. Maraqlıdır, xalq onlara yenə "hə" deyərmi? Özlərindən soruşmaqdaha məqsədəuyğundur. Necə deputat olduqlarını, hansı təkliflərlə, çıxışlarla,mövqeləri ilə seçildiklərini daha yaxşı özləri bilər. Əlbəttə, qiyməti seçicimüəyyənləşdirir, ancaq dəyərini gərək mütləq və mütləq özün biləsən.

Beləliklə "Mandat” rubrikasının bugünkü qonağı20saylı Nərimanov ikinci seçki dairəsindən millət vəkili seçilən Adil Əliyevdir.

-Adilmüəllim, 5 illik Milli Məclis fəaliyyətinizinecə dəyərləndirirsiniz?

-Bu suala qısa olaraq cavab vermək çətindir. Düzdür,media nümayəndələri fəaliyyətimlə bağlı bu barədə çox sual ünvanlayıblar. Mətbuatdakifayət qədər məlumatlar var. Yenidən hansısa məlumat verməyim təkrarçılıq olar. Həm də istərdim ki, 5 illikfəaliyyətimi ictimaiyyət, jurnalistlər nümayəndələrim və xüsusilə, seçicilərimqiymətləndirsinlər. Hesab edirəm ki, onlardan alınan cavab daha çox obyektivola bilər. Əslində, öz fəaliyyətim haqqında çox danışmağı xoşlamıram. Bir millətvəkilinin üzərinə düşən vəzifəni layiqli şəkildə yetirinə yetirməyə çalışıram.

-Bu müddət ərzində hansı problemin həlli sizidaha çox sevindirib?

-Qeyd etdiyim kimi, gücüm çatdığıqədər seçicilərimin problemlərinin həllinə çalışıram. Onların şikayət və təkliflərinidinləyirəm, lazım olan qurumlara yazılı və ya şifahi formada çatdırıram. Eləinsanlar var ki, onlar problemlərini həll olunduqdan sonra, bizim qərargahateleqramlar ünvanlayırlar, ya da zəng edib öz təşəkkürlərini çatdırırlar. Bubizə mənəvi stimul və güc verir. Elə problemlər var ki, onların həlli bizdənasılı deyil. Onlara məsləhətlərimizi veririk. Ay ərzində seçicilərimlə görüşümolur. Bir-bir onların fikirlərini dinləyirik. Üstəlik, 10-a yaxın könüllü köməkçilərimvar ki, onlar insanların problemlərinin həllində bizə yardımçı olurlar. Köməkçilərimseçicilərimlə sıx ünsiyyətdədirlər və onların problemlərini bizə çatdırırlar.

-MANDAT-ını qazandığınız seçicilərin həllolunmamış problemi kimi nələri sadalaya bilərsiniz?

- Problemsiz cəmiyyət yoxdur. İnsan və cəmiyyət varsa, problem də var.Biz çalışıb insanlarımızın problemlərinin həllinə kömək etməliyik. 40-mindənçox seçicim var. Təbii ki, onların problemlərini bir dəfəlik həll edə bilmərik.Elə insanlar var ki, onlar bizdən gözləyirlər. Halbuki onların problemlərinin həllibaşqa qurumlardan keçir. Amma, biz yenə də onları dinləyirik.

-Qarşıdan gələn parlament seçkilərində iştiraketmək niyyətiniz varmı?

-Bu barədə hələlik danışmaq istəmirəm. Qismət məsələsidir.

-Azərbaycan Milli Məclisində aktiv olan millətvəkilləri azlıq təşkil edir. Hətta onlar barmaqla sayılacaq qədərdir. Bunun səbəbinə ilə əlaqədardır?

-Hansısa millət vəkilinin yerinə danışmağım və fəaliyyətini qiymətləndirməyimanlaşılmazlığa səbəb olar. Həm də bu düz olmaz. Hər bir millət vəkili özünə görəfəaldır. Bu ola bilər ki, bunu çoxluq görmür. Eyni zamanda, onlar gördükləriişlər haqqında mətbuata məlumat vermirlər. Şəxsən elə fəaliyyətlərimiz olur ki,onları mətbuata vermirik. Çünki bunu işıqlandırmağımız bizə yaraşmaz vəinsanlar başqa cür qarşılayarlar. Həm də nəzərə almaq lazımdır ki, millət vəkilivəzifəsi geniş ştata malik icraedici vəzifə deyil.

-Adilmüəllim, Azərbaycan Milli Məclisini regionda yeri və rolu barəsində nə deyə bilərsiniz?

- Milli Məclis ölkənin xarici və daxili siyasətində mühüm rola malikdir. Budanılmaz faktdır. Bildiyiniz kimi Azərbaycanın başqa ölkələrlə imzaladığı sazişlərvə sənədlər Milli Məclisdə ratifikasiya olunur. Millət Məclis ali qanunvericiorqan olaraq, Azərbaycan xarici siyasətinin güclənməsində böyük rolu var.Parlamentin rəhbərliyi xarici ölkələrə səfərlər edirlər, Spikerimiz,vitse-spikerlərimiz, komissiya rəhbərlərimiz və deputatlarımız ayrı-ayrılıqda səfərləredərək, xarici ölkələrdə görüşlər keçirirlər. Ölkəmiz haqqında məlumatlar verirlər və ikitərəfli əlaqələrin qurulmasında öz səylərini göstərirlər. Azərbaycandövlətçiliyi gücləndikcə, parlamentin dünyada mövqeləri güclənir. 

-Adətən Millət vəkilləri ilə İcra Hakimiyyətləri və ya bir sıra məmurlararasında müəyyən soyuqluq olur. Sizdə bu sarıdan nə kimi problemlər var?

-Bu sarıdan belə ciddi problemlərimiz yoxdur. Sağ olsunlar ki, keçirdikləri tədbirlərəməni dəvət edirlər və təkliflərimizi dəyərləndirirlər.

Ədil Ədilzadə