“Qəbələ”nin yeni baş məşqçisi MÜƏYYƏNLƏŞDİ
“Qəbələ” komandasının yeni baş məşqçisi müəyyənləşib.
Adalet.az xəbər verir ki, Elmar Baxşıyevin istefasından sonra boş qalan posta gürcüstanlı mütəxəssis Kaxaber Tsxadadze təyin edilib. 55 yaşlı çalışdırıcı ilə 1,5 illik müqavilə imzalanıb.
Futbolçu kimi Gürcüstanın “Metallurq” (Rustavi, 1984-1986, 1987), “Dinamo” (Tbilisi, 1986), “İberiya” (1988-91), “Lokomotiv” (Tbilisi, 2000-2002), İsveçin “Sundsvall” (1991), Rusiyanın “Spartak” (Moskva, 1992), “Dinamo” (Moskva, 1992), “Alaniya” (1997), “Anji” (2003-2004), Almaniyanın “Ayntraxt” (Frankfurt, 1993-1996), İngiltərənin “Mançester Siti” (1998-2002) klublarında çıxış edən Tsxadadze MDB (1992) və Gürcüstan (1991-1998) milli komandalarının formasını geyinib. O, 1990 və 1991-ci illərdə Gürcüstan, 1992-ci ildə Rusiya çempionu adını qazanıb.
Azərbaycanda “Standard” (2008) və “İnter”in (2009-2014) baş məşqçisi olmuş mütəxəssis çalışdırıcı karyerasına 2001-2002-ci illərdə Tbilisi “Lokomotiv”ində başlayıb. Həmin vaxt oynayan məşqçi funksiyasını yerinə yetirən Tsxadadze sonradan vətənində “Dinamo” (Tbilisi, 2005-06, 2021-22), “Sioni” (2006-07), Qazaxıstanda “Kayrat” (2016-17), “Ordabası” (2018-20), “Kaspi” (2022-23) klublarında, Gürcüstanın gənclər (2009) və əsas (2015-16) millisində baş məşqçi olub.
Onun rəhbərlik etdiyi komandalar 2004-2005-ci və 2005-2006-cı illər mövsümlərində Gürcüstan, 2009-2010-cü illər mövsümündə Azərbaycan çempionu, 2017-ci ildə Qazaxıstan Superkubokunun qalibi olub.
Tsxadadzenin köməkçisi vəzifəsində George Çixradze çalışacaq. O, 2011-2015-ci illərdə ölkəmizdə “Simurq”un baş məşqçisi olub.
Digər Xəbərlər
24 Sentyabr 2026 13:56
Rassel ilk sərbəst yürüşün qalibi oldu
24 Sentyabr 2026 12:35
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib
24 Sentyabr 2026 10:26
Formula 1 “Sea Breeze”də keçiriləcək?
24 Sentyabr 2026 10:05
Formula 2 yarışı üzrə sərbəst yürüşə start verildi
24 Sentyabr 2026 09:15
Formula 1 onuncu dəfə Bakıda: Azərbaycan Qran-Prisi başlayır
23 Sentyabr 2026 23:45
Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəldi
23 Sentyabr 2026 22:21
"Millidən elə bu gün getməyə hazıram" - Ronaldo
23 Sentyabr 2026 19:41


Bakı -°C

