Qənirə Paşayevanın son durumu AÇIQLANDI - YENİLƏNİB
Milli Məclisin deputatı Qənirə Paşayevanın vəziyyəti açıqlanıb.
Adalet.az xəbər verir ki, Mərkəzi Klinik Xəstəxanadan bildirilib ki, Qənirə Paşayevanın müalicəsi ümumi reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir.
Qeyd edilib ki, Qənirə Paşayevanın vəziyyəti ağır olaraq qiymətləndirilir.
***
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayevanın vəziyyəti stabil-ağır olaraq qalmaqdadır.
Adalet.az xəbər verir ki, bunu “Report”a açıqlamasında deputatın köməkçisi Elbəy Bədirov deyib.
O bildirib ki, Q.Paşayevanın səhhətində heç bir dəyişiklik yoxdur: “Vəziyyəti əvvəlki kimidir. Həkimlər bütün lazımı tədbirləri görür. Hər kəsdən xahiş edirəm ki, dəqiqləşdirilməmiş informasiyaları yaymayın. İnşallah ki, tezliklə Qənirə xanımla bağlı sevindirici xəbəri yayarsınız”.
Xatırladaq ki, sentyabrın 23-ü saat 03:01 radələrində TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Q.Paşayeva üçün çağırış daxil olub. Ona naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub. Müayinə zamanı göstəriciləri - arterial təzyiq 50/0 mm. c. süt, nəbz 1 dəqiqə 47 vurğu, SPO2 (saturasiya) 82% olub. İlkin müdaxilələrdən sonra göstəriciləri arterial təzyiq 110/60 mm. c.süt., nəbz 1 dəqiqədə 68 vurğu, SPO2 (saturasiya) 97% olub.
Həkimlər Q.Paşayevanın xəstəxana şəraitində müalicəsini məsləhət görüb. Deputat ailə üzvlərinin istəyi ilə təcili tibbi yardım briqadası tərəfindən Mərkəzi Klinikaya təxliyə olunub. O, süni tənəffüs aparatına qoşulub.
Digər Xəbərlər
11 Sentyabr 2026 11:16
İİV illərlə simptomsuz qala bilər – mütəxəssisdən mühüm açıqlamalar
10 Sentyabr 2026 16:49
Balaca Raula dəstək olaq! - FOTOLAR
10 Sentyabr 2026 09:10
ÜST-dən şəkər xəbərdarlığı - Günlük norma nə qədər olmalıdır?
09 Sentyabr 2026 17:33
İsmayıllıda kütləvi zəhərlənmənin səbəbi məlum oldu
08 Sentyabr 2026 12:22
“Sən maa heş zad eliyə bilməssən!” - Xərçəngə meydan oxudu
08 Sentyabr 2026 07:04
Gecə yataqda edilən bu səhv kişilərə ağır zərbə vurur
06 Sentyabr 2026 17:00
Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
06 Sentyabr 2026 16:31


Bakı -°C

