adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
20 Aprel 2015 15:59
52831
RUBRİKA

“Qərarım YAP-ın qərarı ilə eyni olacaq”- Müsahibə

2015-ci il seçki ilidir. Müstəqil Azərbaycanın MilliMəclisinə sayca 5-ci seçkilər keçiriləcək. Artıq seçki dönəminin başlamasına müəyyənmüddət qalmasına baxmayaraq müəyyən aktivlik müşahidə olunur.

"Ədalət” qəzeti qarşıdan gələn parlament seçkiləriilə əlaqədar millət vəkilləri ilə onların 5 illik fəaliyyətini dəyərləndirir.Mandatını qazandıqları seçicilərin ümidlərini nə dərəcədə doğruldubdoğrultmadığını deputatlar özləri qiymətləndirir.

Beləliklə "Mandat” Rubrikasının bugünkü qonağı 51 saylı Qusar seçki dairəsininmillət vəkili Azər Badamovdur.

-Azər müəllim, beş illik Milli Məclis fəaliyyətinizinecə dəyərləndirirsiniz?

-Əvvəla qeyd etmək istəyirəm ki, Milli Məclisdəkifəliyyətimə özüm özümə dəyər versəm düzgün olmaz. Çünki,Milli Məclis seçkili orqandır və düşünürəm ki, hər bir millət vəkilin fəaliyyətinionun təmsil etdiyi siyasi prtiya vəseçiciləri tərəfindən dəyərləndirilməlidir. Mənim fəaliyyətimə də YAP vəseçicilərim tərəfindən verilən dəyərlərazıyam. Həm də qısa olaraq qeyd etmək istəyirəm ki, 5 ilə yaxın müddətdə Milli Məclisin üzvü kimi qanunların qəbul edilməsində, dövlətin ictimai- siyasi tədbirlərində maksimumiştirak etmişəm və seçicilərimə daha yaxın olmağa çalışmışam.

-Bu müddət ərzində hansı problemin həlli sizi dahaçox sevindirib?

-Ümumiyyətləseçicilərimi narahat edən hər bir problemin həll olunması məni bir millət vəkili olaraq sevindirir. Təbii ki,bu müddət ərzində seçildiyim dairədə həm səyyar, həm deputatın qəbulotağında çoxlu qəbullar keçirmişəm. Hərbir qəbulda qaldırılan bütün məsələlərə diqqətlə yanaşılaraq müsbət həlli üçünmüəyyən qurumlarla əlaqə saxlanılmış, parlament iclaslarında hökumət üzvülərininqarşısında həlli vacib məsələlərlə bağlı çıxışlar edərək nəzərlərinəçatdırılmış və yazılı deputat sorğuları göndəırilib. Hökumət üzvülərinə vəmüvafiq qurumlarına bütün müraciətlərimə operativ yanaşdığı üçün fürsətdənistifadə edərək təşəkkürümü bildirirəm. Sizin sualınıza konkret cavab olaraqbildirmək istəyirəm ki, ucqar dağlıq ərazidəyerləşən Kican kəndində orta məktəbintikintisinə daha çox sevinmişəm. Seçki qabağı Kican kəndində görüş keçirdiyimzamanı seçicilərimin xahişilə məktəbin vəziyyətiilə tanış olmuşdum. Milli Məclisə seçiləndən sonra Rayon İcra Hakimiyyəti ilə məsələnimüzakirə etdik və rayonun sosial iqtisadi inkişaf planına salınaraq tezbir zamanda Kican kəndində yeni müasir məktəbtikilib istifadəyə verildi. Fürsətdən istifadə edərək regionlara olan yüksəkdiqqətə görə ölkə başçısına seçicilərim adından minnətdarlığımı bildirirəm.

-Mandatını qazandığınız seçicilərin həll olunmamışproblemi kimi nələri sadalaya bilərsiniz?

-Təbiiki, həyat inkişaf etdikcə gündəmə yeni həll olunmalı məsələlər meydana gəlir.Əsasən fərdi qaydada olunan müraciətlər qauna uyğun şəkildə maksimum dərəcədəöz həllini tapib. Amma rayonun sosial iqtisadi inkişafıyla bağlı bəzi məsələlərdə gələcəkdə öz həllini tapsaydı daha yaxşı olardı. Məsələn, rayondaqazlaşmanın və yol infrastrukturunun yenidən qurulmasının başa çatdırılmasıkimi məsələləri qeyd etmək istəyirəm. Bununla yanaşı demək istəyirəm ki, sonillərdə seçildiyim Qusar rayonun sosial iqtisadi inkişafıyla əlaqədar çoxlulayihələr həyata keçirilib və indi də davam etdirilməkdədir. Nəticədə Qusar respublikanın gözəl, inkişaf etmiş, müasirləşmiş regionaçevrilib.

-Qarşıdan gələn parlament seçkilərində iştirak etməkniyyətiniz varmı?

-Təbii ki,parlamentdəki hər bir deputat yenidən parlament üzvü olmaqistəyər. Milli Məclisin üzvü olmaq həm məsuliyyətli, həm də şərəfli işdir. Amma mən parlamentdə YAP-ı təmsil edirəm və qərarımda YAP-ın qərarı ilə eyni olacaq. Əgər təmsil etdim partiya mənə yenidən etimadgöstərərsə və seçicilərim bunu dəstəkləyərsə təbii ki, yenidən seçilərəm və deputatlıq fəaliyyətimi davam etdirərəm.

-Azərbaycan Milli Məclisində aktiv olan millət vəkilləriazlıq təşkil edir. Hətta onlar barmaqla sayılacaq qədərdir. Bunun səbəbi nə iləəlaqədardır?

- Sizin fikrinizlə o qədər razı deyiləm. Hərbir millət vəkili öz fəaliyyətini bacardığı qədər qurmağa çalışır və onun fəaliyyətiniplenar iclaslarda edilən çıxışlarla dəyərləndirmək düzgün hesab etmirəm. Qeydetmək istəyirəm ki, millət vəkillərimiz nəinki plenar iclslarda, həm də komitəiclaslarda, təmsil olunuğu beynəlxalq təkilatlarda və seçiciləri ilə işləməkdə,dövlət ictimai- siyasi tədbirlərdə fəaliyyət göstərirlər.

-Adətən millət vəkilləri ilə İcra Hakimiyyətiləri vəya bir sıra məmurlar arasında müəyyən soyuqluq olur. Sizdə bu sarıdan nə kimiproblemlər var?

- AzərbaycanMilli Məclisi hakimiyyətin üç qolundan biri olaraq qanuna uyğun şəkildə fəaliyyət göstərir vəölkəmizin sosial –iqtisadiinkişafında İcra Hakimiyyətistrukturları ilə birgə iştirak edir. Həmçininregiondan seçilmiş millət vəkili olaraq mənim də Rayaon İcra Hakimiyyəti və digər orqanlarla sıx əlaqəm var. Demək olarki, rayonda bütün tədbirlərdə iştirak edirəm, qəbullar keçirirəm, hər bir qəbuldan sonra rəhbərliyinin yanındaoluram, seçicilərim tərəfindən qaldırılan müəyyən məsələlər ətrafında müzakirəaparırıq və həlli istiqamətində tədbir görülür.Həm də rayonun sosial –iqtisadi inkişafı ilə əlaqədar fikir mübadilələriaparırıq. Sualınıza cavab olaraq bildirməkistəyirəm ki, Yerli icra hakimiyyəti və strukturları ilə əlaqəli şəkildə fəaliyyətgöstərirəm və heç bir problem ola bilməz. Xüsusilə qeyd etmək istəyirəm ki, bu günki Azərbaycanın sosial- iqtisadi,siyasi həyatındakı uğurların təməlində cənab prezdentin rəhbərliyi altındahakimiyyətin bütün qollarının sıx əlaqəli fəaliyyəti durur.

-Azərbaycan Milli Məclisini regionda yeri və rolubarəsində nə deyə bilərsiniz?

- AzərbaycanRespublikasının Milli Məclisi nəinki regionda , hətta dünyadakı beynəlxalq fəaliyyətində öz rolu və hörmətiolan bir orqandır. Milli Məclis dünyanınbir çox ölkəsi ilə parlamentlər arası dostluq qrupaları yaradaraq dünyaparlamentariləri ilə sıx dostluq və qardaşlıq əlaqələri yarada bilib. Ermənivandalların ölkəmizə qarşı törətdiyi işgal və cinayətləri, soyqırımlarıhaqıında məlumatları dünya parlamentarilərindiqqətinə çatdırılmasında Azərbaycan deputatları fəal iştirak edir, beynəlxalq təşkilatlarda qəbul edilən qərarlarda Azərbaycanınn mövqeyiniyüksək tutaraq sözünü deyirlər. Həm də, Azərbaycan Milli Məclisi beynəlxalqparlamentariləri qəbul edir və bir sıraməsələlər ətrafında fikir mübadiləsi aparır. Mən, bir Milli Məclisin üzvüolaraq Azərbaycan Respublikasının Milli Məclisinin regionda yeri və rolunu, beynəlxalqfəaliyyətini çox müsbət dəyərləndirirəm vəbeynəlxalq siyasi arenada ölkəmizilayiqincə təmsil edən orqan hesab edirəm.

ƏdilƏdilzadə