17 Fevral 2025 17:50
494
HADİSƏ

Qəza işıqforu yararsız vəziyyətə saldı - VİDEO

Ötən gün axşam saatlarında Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi yaşayış massivinə giriş hissədə baş verən qəza nəticəsində nəqliyyat işıqforu yararsız vəziyyətə düşüb. 

Adalet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM)  məlumat yayıb. 

Bildirilib ki, sıradan çıxan işıqforun yenisi ilə əvəz edilməsi işləri görülür.