Qısa müddətdə tamaşaçıların sevgisini qazanan “Səhnə” teatrı

“Səhnə” teatrının bədii rəhbəri Xaqani Əliyev Adalet.az-la teatrın geridə qalan mövsümü və yeni mövsümdə hansı işlərin olacağını bölüşüb.
O, teatrın yaranması haqqında danışarkən deyib ki, Səhnə teatrı 2021- ci ilin mart ayında “1 SƏHNƏ” MMC-nin direktoru Elçin Hacının təşəbbüsü ilə yaradılıb. İlk olaraq M.F. Axundzadənin “ Müsyö Jordan və dərviş Məstəli şah” komediyası əsasında etno-müzikl janrında “ Bir dəfə Qarabağda” adlı tamaşa hazırladıq. Tamaşanın quruluşçu rejissoru Elvin Mirzəyev, bəstəkarı Azər Hacıəsgərli və mahnıların sözləri şair Eminquey Akifə məxsusdur.
Mənim yazdığım “Molla Nəsrəddin 2022” (Rejissor əməkdar incəsənət xadimi Oruc Qurbanov) və A.P. Çexovun “ Elçilik” (Rejissor Anar Babalı) əsərləri əsasında hazırlanan tamaşalarla tamaşaçılrın görüşünə gəldik və hər iki tamaşamız uğurlu oldu.
Teatrın qazandığı mükafatlardan danışarkən Xaqani Əliyev qeyd edib ki, Mədəniyyət Nazirliyinin və “Teatro.az” portalının birgə təşkil etdiyi ikinci “ 4.4 qısa tamaşalar festivalında” müəllifi Xaqani Əliyev, rejissoru Namiq Ağayev olan “ Qurd əfsanəsi” mono tamaşa ilə iştirak etdik. “Qurd əfsanəsi” mono tamaşası festivalda 3 yerə layiq görüldü və mükafatlandırıldı.
Müəllifi Pakizə Hüseynova, quruluşçu rejissoru Mirzə Ağa Mirzəyev olan, narkomaniya əlehinə hazırlanmış “ Qaranlıqdan işığa” tamaşamız əksər Bakı kəndlərində nümayiş olundu və böyük uğur qazandı.
Dünyada geniş yayılmasına baxmayaraq Azərbaycanda ilk dəfə olaraq Səhnə teatrı R. İbrahimbəyovun “Şirəbənzər” və E. Olbinin “Zooparkda nə baş verdi?” tamaşalarını “ev teatrı” üslubunda hazırladı.
“Ev teatrı” - adından da göründüyü kimi bir evin az sayda "qonaqları" üçün otaq şəraitinə uyğun olan tamaşalar hazırlayan teatrdır. Bu, müasir formadır və bu üslubda hazırlanan tamaşalarda müxtəlif teatr məktəblərinin qazandığı nailiyyətlərin sintezindən geniş istifadə edilir. Bu mövsüm uğurla nümayiş edilən hər iki tamaşanın quruluşçu rejissoru Elvin Mirzəyevdir. “Hal-hazırda hansı tamaşalar üzərində işləyirsiniz?” sualına cavab verən Xaqani Əliyev bildirib ki, hal hazırda folklorumuzun ən maraqlı qollarından biri olan məhəbbət dastanlarımıza müraciət etmişik və onlardan birinin əsasında hazırlayacağımız tamaşanın məşqləri davam edir.
Növbəti mövsümdə klassiklərimizə, çağdaş dramaturgiyamıza və dünya dramaturgiyasının incilərinə müraciət etməyi, komediya və uşaq tamaşaları janrında tamaşalar hazırlamaq üçün rejissorlar dəvət etməyi planlaşdırırıq.
Teatrın tam gücü ilə fəaliyyət göstərməsində ən əsas problemi teatr səhnəsinin olmamasıdır. Dövlət teatrlarının səhnələrinin icarə haqqının çox yüksək olması da özəl teatrlar üçün böyük problemlər yaradır.
Qeyd edək ki, həftənin hər şənbə və bazar günləri “Ev teatrı” üslubunda hazırladığımız tamaşalara Heydər Əliyev pr, Sport Plaza Hotel, 4-cü bina, BMS Plaza, 15 -ci mərtəbə. SƏHNƏ TEATRI. ünvanında baxa bilərsiz.
Eminquey
Digər Xəbərlər

ABŞ səfirinin Ermənistandakı Oğuz və Alban abidələri ilə nə əlaqəsi? - 74 min dollar?

Bakı Xoreoqrafiya Akademiyasında Novruz bayramına həsr olunmuş silsilə konsert proqramları davam edir

“Bu gün tarixi verilişlərimizin çəkilməsinə böyük ehtiyac yaranıb" - Elnur Eltürk

Leyla Əliyeva “Səkinə xanım” məscidini ziyarət edib - FOTOLAR

Türkiyənin tarixi irsi olan Karahantəpə xüsusi örtüklə mühafizə olunacaq -FOTOLAR

Leyla Əliyeva "Oxbridge Baku" Akademiyasında olub - FOTOLAR

Matviyenko Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub - FOTOLAR
