adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
01 Dekabr 2017 15:03
181313
RUBRİKA

Qorxulu yuxular görəcəyim günü bilirəm... - YUXU QAPISI

Yuxu həyatın tərs üzüdür. Bizimhər gün rastlaşdığımız insanların, hadisələrin o üzü. Burada zaman yoxdur.Şüurumuzun qaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. O işığın içindətez-tez xatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizin küçələrindəəli cibində veyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr,düşüncələr, əzablar, sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızınsakinləridir. Yuxu bizi sarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içindəeynən çöl boyu yüyürən atlar sayaq insanların xatirələrinin axını olur. Bukütləvi axını bizə yuxular göstərir, qırıq-qırıq, zəif ssenaridə, montajıolmayan film kimi. Məşhur psixoanalitik Ziqmund Froyd yuxular haqqında"Yuxuların yozumu" kitabını yazmışdır. Froyda görə, yuxular bizimşüurumuzda mövcud olan həyatımızdır.

"Yuxu qapısı” rubrikasınınbu dəfəki qonağı şair Alik Əlioğludur. Adalet.az müsahibəni təqdim edir.

-Froyda görə, yuxu mənasız birşey deyil, sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir.Sizin fikriniz necədir?

-Mən yuxunun mistikasına inanan adamam. Yuxu mənim üçün çox maraqlıhadisədir. Bəzən real həyatımla yuxularım arasında güclü bağlılıq hiss edirəm.Mənim üçün yuxulamaq ərəfəsi, yəni real həyatdan yuxuya keçid prosesi həmişədaha maraqlı olub. Bax bu zaman kəsiyində gördüyüm yuxular bəzən həyatımdaçox ciddi dönüş nöqtəsi ola bilib, bəzən çox ciddi qərarlar qəbul etməyimətəsir göstərib. Bununla bərabər deməliyəm ki, yuxuların hamısını da nəyəsəişarə deyil. Bəzən narahatçılıqdan, bəzən yorğunluqdan, bəzən ağrılardan yuxunuqatmaq mümkündür. İşarəsi olan yuxularla, əhəmiyyətsiz yuxuları ayırd etməyiöyrənmişəm.


-Yuxularınız həyatınıza necətəsir göstərir, yəni gördüyünüz yuxuya görə planlarınızı qurursunuz?

-Ola bilsin ki, yuxuda hiss etdiyim hansısa bir işlə bağlı qərarqəbul edim, amma ümumilikdə bütün planlarımı yuxuya görə düzənləmirəm. Mənimmədəmdə ağrılarım var. Bilirəm ki, ağır yemək yediyim gün qorxulu yuxular görəcəm.Bunu tibb də təsdiqləyir. Mədə bağırsaq ağrıları yuxuya təsir göstərir. Onagörə də mədəm ağrıyarkən gördüyüm pis yuxuları, elə oyanan kimi də unuduram.


-Yuxudan sonra onun yozumlarıhaqda baş sındırırsız?

-Qətiyyən. Əgər nəsə hiss edirəmsə, o andaca hiss edirəm. Yox əgərheç nə hiss etmirəmsə, həmin yuxunu əhəmiyyətsiz yuxular qovluğuna atıram. Bəziadamların mütəmadi səhər kitabı olan "Yuxu yozumları” mənim üçün çoxəhəmiyyətsizdir.


-Yuxuların mistik hadisəolduğuna inanırsınızmı?

-Mütləq. Yuxunun bir mistikası var. Həyatda bilmədiyimiz çoxşeylərin olduğu kimi, yuxunun da adamlara məlum olmayan mistik tərəfləri var. Məsələn,bəzən heç haqqında belə düşünmədiyin, çoxdan unutduğun bir adamı yuxudagörürsən və ya birdən-birə haradansa yadına düşür. Həmin gün həmin adamlarastlaşırsan. Çox qəribədir və bunun özü artıq mistikadır.


-Gördüyünüz yuxular çin olurmu,ya da əksinə?

-Heç vaxt elə yuxu görməmişəm ki, sonradan o çin çıxsın. Mənimyuxularım adətən hisslərlə bağlı olur. Çox vaxt konkret nəsə görmürəm, sadəcəyuxuda nəyisə hiss edirəm, sanki mənə kimsə nəyisə təlqin edir. Mənə elə gəlirki, yuxu meditasiyanın bir növüdür. Beyin dincəlir, bədən rahatlaşır və sən oəlaqəni qura bilirsən. Əgər oyaqkən də buna çalışsan mütləq ağlına yuxuyabənzərnələrsə gələcək, nələrsə hiss edəcəksən. Bir əhvalat danışım. Bir dəfə uşaqkənGürcüstana gedirdik və mənim sənədimdə problem vardı. Anamla atamınnarahatlığından hiss etmişdim ki, məsələ ciddidir, mənə görə bizi sərhəddənburaxmaya bilərlər. Avtobusun pəncərəsindən uzandıqca uzanan boşluğa, düzənliyəvə səmaya baxırdım. Birdən birə göydən bir enerji aldım, o qədər doğmalıq hissetdim ki, kövrəldim. Bu enerji məni inandırdı ki, sərhəddə heç bir problemolmayacaq, qeyri-iradi gülümsədim. Sərhədi rahatca keçib getdik... Ona görə də,mənim adətən yuxularım yox, hisslərim çin olur.


-Həyatınızda gördüyünüz ənyadda qalan yuxu və ən gözəl yuxu hansılardır?

-Mənim atam və körpə oğlum dünyasını dəyişib.Bir dəfə onların ikisini bir yerdə gördüm. Oğlum atamın qucağında idi. Atam onuəzizləyirdi. Ondan sonra daha oğlumdan nigaran qalmadım, içimdə bir rahatlıqtapdım.


-Bəzi adamlar yuxuda ağ-qarafilmə baxırlar. Bunun səbəbi hələ bilinmir. Amma alimlər onu bildirir ki,insanların 12 faizi ağ-qara yuxu görür. Siz necə düşünürsünüz?

-Sözün düzü, heç vaxt bu barədə eşitməmişəm. Gördüyüm yuxularınrəngi də yadımda deyil. Mənim fikrimcə yuxunun heç rəngi olmur axı, yəni heçağ-qara da olmur...


-Hansı doğmanızı daha çoxyuxuda görürsünüz?

-Atamı itirəndən sonra, uzun müddət onu yuxuda görmədim. Sonralarisə yuxuda ən çox onu görməyə başladım.


-Yunan filosofu Heraklın yuxuhaqda məşhur bir sözü var: "Oyanıq olan insanlar üçün tək bir dünyavardır. Yuxuda olanların isə hər birinin ayrı bir aləmi vardır, onun içində heyfırlanırlar”. Siz necə fikirləşirsiniz?

- Bəli, yuxu bir az ayrı bir paralel həyata oxşayır. Elə bilirsən ki,ora da başqa yerdir, orada baş verənlər həqiqətən də baş verir. Bəzən o qədərinandırıcı yuxular olur ki, oyandıqdan sonra oyandığına ya sevinirsən, yakədərlənirsən. Deyilənə görə, ən uzunmüddətli yuxu real həyatda 15 saniyəçəkir, amma bəzən bizə elə gəlir ki, bütün gecəni yuxu görmüşük. Bəlkə də yuxuilə real həyatda zaman anlayışları fərqlidir və bizim məntiqimizə yaddır. Bizyalnız bildiyimiz məntiqi, coğrafi və fiziki qanunları qəbul edirik, ona görədə, bütün digər məntiqimizdən kənar şeyləri mistika adlandırırıq.


-Dahi yazıçılardan,rəssamlardan, filosoflardan kimləri yuxunuzda görmüsünüz?

-Xatırlamıram. Yəqin ki, dahilərdən heç kəsi yuxuda görməmişəm.


-Sizə görə yuxularımız həqiqətəçatdırır bizi?

-Bəzi yuxuların doğru işarə verdiyinə inanıram. Yuxuların öz aurasıolur. Bunu hiss etmək lazımdır. Yuxunu görərkən xoşbəxtsənsə, deməli bu yaxşıyuxudur. Yuxu yozumlarına inanmıram. Hər kəs öz yuxusunu yalnız özü hiss edəbilər. Peyğəmbərimiz deyirmiş ki, səhər oyanıb pis yuxularınızı adamlaradanışmaqla onların əhvalını korlamayın. Çox doğrudur, pis enerjisi olanyuxuları danışdıqca həmin enerjini yaymış, ətrafındakı adamlara ötürmüşolursan.