Qumar oyunlarının keçirilməsi ilə bağlı cəzalar sərtləşdirilir
Azərbaycanda qumar oyunlarının keçirilməsinə görə cəzalar sərtləşdirilir.
Adalet.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Sənədə əsasən, qumar oyunları:
- virtual formada, cümlədən internet şəbəkəsindən, mobil rabitə şəbəkəsindən, sosial şəbəkə platformalarından, digər elektron rabitə vasitələrindən, habelə internet və mobil telekommunikasiya tətbiqlərindən və ya digər texnologiyalara əsaslanan platformalardan istifadə edilməklə törədildikdə;
- yetkinlik yaşına çatmayanların qumar oyunlarında iştirakına yol verməklə törədildikdə;
- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
- xeyli miqdarda gəlir əldə etməklə törədildikdə cinayət nəticəsində əldə edilmiş gəlirin iki mislinədək miqdarda cərimə edilməklə 2 ildən 4 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Həmçinin mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə, külli miqdarda gəlir əldə etməklə törədildikdə 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Qeyd edək ki, hazırda qüvvədə olan sanksiyaya görə cərimənin məbləği konkret aralıqda (10 min manatdan 15 min manatadək) nəzərdə tutulduğu halda, layihəyə əsasən cərimə cinayət nəticəsində əldə edilmiş gəlirin iki mislinədək miqdarda müəyyən ediləcək.
Həmçinin, dəyişikliklə qumar oyunlarının təşkili və ya keçirilməsi, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkiletmə və ya saxlama əməlinin təkrar törədildiyi, yetkinlik yaşına çatmayanların qumar oyunlarında iştirakına yol verməklə törədildiyi, xeyli, külli, xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildiyi və s. hallar üçün də cəzaların sərtləşdirilməsi nəzərdə tutulur.
Belə ki, mövcud qanunvericiliyə görə qeyd olunan əməllər təkrar törədildikdə 4 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Layihədə isə təklif olunur ki, bu müddət müvafiq olaraq 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılsın.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.
Digər Xəbərlər
10 Iyul 2026 12:25
PUA-larla bağlı qanun dəyişir
10 Iyul 2026 12:19
Bu hallarda elektron resurslar müvəqqəti məhdudlaşdırılacaq
10 Iyul 2026 12:07
“Təhsil TV”yə yeni direktor təyin edildi
10 Iyul 2026 12:05
"ASAN xidmət"ə 100 milyonuncu müraciət qeydə alındı
10 Iyul 2026 09:41
4 günlük iş həftəsi kimlərə şamil olunacaq?
09 Iyul 2026 19:46
Acıbadem Könül Vəlibəylinin qızını sağalmadan xəstəxanadan çıxardı
09 Iyul 2026 14:49
Vətəndaş qəbuluna böyük həssaslıqla yanaşılsın - Nazirdən tələb
09 Iyul 2026 14:29


Bakı -°C

