“Təhsil TV”yə yeni direktor təyin edildi
“Təhsil TV”nin direktoru vəzifəsinə təyinat olub.
Adalet.az “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, bu vəzifəyə Bəhruz Nəzərov təyinat alıb.
Əmək fəaliyyətinə media sahəsində başlayan B.Nəzərov müxtəlif illərdə “Space” TV-də, “İnterfaks-Azərbaycan”da, “ATV International”da, “Yurd TV”də müxtəlif vəzifələrdə çalışıb.
O həmçinin Diasporla İş üzrə Dövlət Komitəsində mətbuat xidmətinin rəhbəri, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru, eyni zamanda “Oil and Industry” jurnalının baş redaktoru olub. Bundan başqa, Naxçıvan Təlim Mərkəzinin İdarə Heyətinin sədr müavini, daha sonra isə İdarə Heyətinin sədri vəzifəsində fəaliyyət göstərib.
B.Nəzərov 2012-ci ildə “Əməkdar jurnalist” fəxri adına, 2025-ci ildə isə “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalına layiq görülüb.
Digər Xəbərlər
10 Iyul 2026 12:45
Bütün Qafqazın Şeyxi Özbəkistanın ali mükafatına layiq görüldü
10 Iyul 2026 12:25
PUA-larla bağlı qanun dəyişir
10 Iyul 2026 12:19
Bu hallarda elektron resurslar müvəqqəti məhdudlaşdırılacaq
10 Iyul 2026 12:05
"ASAN xidmət"ə 100 milyonuncu müraciət qeydə alındı
10 Iyul 2026 11:32
Qumar oyunlarının keçirilməsi ilə bağlı cəzalar sərtləşdirilir
10 Iyul 2026 09:41
4 günlük iş həftəsi kimlərə şamil olunacaq?
09 Iyul 2026 19:46
Acıbadem Könül Vəlibəylinin qızını sağalmadan xəstəxanadan çıxardı
09 Iyul 2026 14:49


Bakı -°C

