adalet.az header logo
  • Bakı -°C
09 Dekabr 2025 17:57
79
İDMAN
A- A+

Qurban Qurbanov"Ayaks" oyuna ciddi hazırlaşıb"

"Ayaks" "Qarabağ"la oyuna ciddi hazırlaşıb.

Adalet.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə Azərbaycan təmsilçisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Bakıda Niderlandın "Ayaks" komandasına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Bizim üçün vacib qarşılaşmadır. Hazırlaşamaq üçün çox vaxtımız olmayıb. Meydanda diqqətli olmalıyıq. Rəqib də ilk qələbəsini qazanmaq istəyir. Matça ciddi hazırlaşıblar. Var gücləri ilə kökləniblər. İstəkli oynamaq istəyirik. Azarkeşləri sevindirməyə çalışacağıq".

Qeyd edək ki, "Qarabağ" - "Ayaks" matçı dekabrın 10-da, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.