11 Sentyabr 2025 10:48
79
ƏDƏBİYYAT

Müxbirlər

Onlar oddan,alovlardan keçəndi,

Hər bir zaman çətinliyi seçəndi,

Namərdləri,pislikləri biçəndi.

Köməyimiz,dayağımız müxbirlər.

******

Odun,közün düz üstünə gedirlər.

Hər bir yerdə “oda” təziq edirlər.

Çətinliyin düz içində bitirlər.

Köməyimiz,dayağımız müxbirlər.

******

Haqqa kömək,haqsızları əyəndi.

Mərdə dayaq,namərdləri döyəndi.

Hər bir yerdə onlar haqqı bəyəndi.

Köməyimiz,dayağımız müxbirlər.

******

Nə atəşdən,nə tufandan qorxmazlar.

Əsən yelə,axan selə baxmazlar,

Nahaq yerə qürürlanıb,çaxmazlar.

Köməyimiz,dayağımız müxbirlər.

******

Haqdan dönüb,nahaq yola düşməzlər.

Namərdlərin körpüsündən keçməzlər.

Haqsızların suyundan da içməzlər.

Köməyimiz,dayağımız müxbirlər.

******

Mən bu şeirimi,haqqın carçısı olan müxbir və jurnalist dostlarımıza həsr edirəm və onları Jurnalistlərin Beynəlxalq Həmrəyliyi günü münasibəti ilə təbrik edirəm.

Şeirin müəllifi:Dünya Qarabağlı-Azərbaycan Texniki Universitetinin magistratura tələbəsi.