Xanım sürücülərdən ehtiyatlı olun...

Bu fikiri biz kişi sürücülərdən tez- tez eşidrik.Amma məsələnin bir tərəfi də var ki, guya kişi sürücülərinin hamısı avtomobili yaxşı idarə edirlər.Əlbəttə , buna da birmənalı yanaşmaq olmaz.Ancaq bu gün giley - güzar qadın sürücülər barəsindədir.
Sürücü Həmid Məmmədov deyir ki, mən avtomobil idarə edəndə qadın sürücülər görən kimi çox narahat oluram.Çünki onların əksəriyyəti yol hərəkəti qaydalarını bilmir və nəqliyyat vasitələrini necə gəldi idarə edir, qəza vəziyyəti yaradır. Ona görə də , çalışiram ki, onlara rast gələndə ehtiyatlı olum. Belə ki, onların iştirakı ilə dəfələrlə baş verən qəzaların şahidi olmuşam.
Xüsusilə də, yağışlı havalarda onların təcrübəsizliyi həmin an özünü büruzə verir. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis kapitanı Toğrul Nəsirli deyir ki, qadın və kişi anlamı yoxdur, təcrübəli və təcrübəsiz sürücülər var.
Birmənalı demək olmaz ki, bütün qadınlar və bütün kişilər avtomobili təhlükə idarə edir. Avtomobili təhlükəlı idarə edən kişi və qadın sürücülər də az deyil. Elə qadın sürücü var ki, avtomobili kişi sürücüdən çox yaxşı idarə edir.
Təbii ki, hər şey sürücünün təcrübəsindən, mədəniyyətindən və yol hərəkəti qaydalarına düzgün əməl etməsindən asılıdır.Ona görə də, qadın və kişi sürücülər hər ikisi zəhmət çəkib yol hərəkəti qaydalarına əməl etsinlər. Bax , onda qaydaların pozulması azalar, yol- nəqliyyat hadisələri isə çoxalmaz!
Emil Faiqoğlu