“Rusiyanın davam etdirdiyi müharibə TDT-yə müşahidəçi statusunda qatılmasını...”
“Beynəlxalq aləmdə Türk Dövlətləri Təşkilatına (TDT) maraq artıb. Müxtəlif dövlətləri bölgənin resursları və bu resursların nəqli imkanları cəlb edir. Mərkəzi Asiya ölkələri Azərbaycan və Türkiyə üzərindən dünya bazarlarına çıxış əldə edib. Gələcəkdə “Zəngəzur dəhlizinin” fəaliyyətə başlaması türk dövlətlərinin gücünü daha da artıracaq”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, ona görə də bəzi dövlətlərin Türk Dövlətləri Təşkilatına müşahidəçi statusunda qatılması mövzusu aktuallaşıb:
“Maraq böyük olduğundan TDT + formatının yaradılması zəruridir. Oxşar formatlar Avropa İttifaqı və Şanxay Əməkdaşlıq Təşkilatında da mövcuddur. Misal üçün Avropa İttifaqının yanında təşkilata üzv olmayan ölkələr Avropa Siyasi Birliyi çərçivəsindəki sammitlərə dəvət olunurlar. Eləcə də, Şanxay Əməkdaşlıq Təşkilatına müşahidəçi statusunda qatılan ölkələr var. Azərbaycan Avropa Siyasi Birliyinin üzvü olmaqla yanaşı Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusuna malikdir. TDT təşkilatına müşahidəçi statusunda qatılmaq istəyən dövlətlər arasında Ukraynanı göstərmək olar. Ukraynada yaşayan tatarlar türk mənşəlidir və bu baxımdan Kiyevin TDT marağı anlaşılandır”.
Politoloqun sözlərinə görə, əslində müxtəlif türk xalqlarının mövcud olduğu ölkələrdən biri də Rusiyadır:
“Ancaq Rusiyanın Ukraynaya qarşı davam etdirdiyi işğalçı müharibə bu ölkənin TDT-yə müşahidəçi statusunda qatılmasını mümkünsüz edir. Tacikistan türkdilli ölkə olmasa da, Türk Dövlətləri Təşkilatına müşahidəçi statusunda qatılması mümkündür. Monqolustanla və Cənubi Koreyanın da təşkilata maraq göstərdiyi barədə məlumatlar var”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
21 Noyabr 2025 17:33
Zahirəddin İbrahimovun həbs müddəti uzadılıb
21 Noyabr 2025 17:20
Azərbaycanda satılan bu uşaq yeməyi ölümcül xəstəlik yaradır - RƏSMİ
21 Noyabr 2025 16:40
MİRAS yaradılıb - FƏRMAN
21 Noyabr 2025 12:05
Qarabağa qayıdacaq ailələr sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib
21 Noyabr 2025 11:42
"Dini və siyasəti bir - birinə qatmasaq ayrılıqda faydalıdır..."
21 Noyabr 2025 11:25
Oğurlanan əşyaları tapılan şəhid mayorun xanımı polis əməkdaşlarına təşəkkür etdi
21 Noyabr 2025 11:02
Parlamentin iclası başladı: Büdcə müzakirələrinin 3-cü günü
21 Noyabr 2025 10:21


Bakı -°C

