“Ermənistanın Gəncə terroru ilə Xocalı faciəsi arasında elə böyük fərq yoxdur”
Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələrinin Gəncəyə üçüncü raket hücumundan beş il ötür.
Adalet.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, 44 günlük Vətən müharibəsi zamanı döyüş əməliyyatları zonasında ciddi ərazi, texnika, şəxsi heyət, vasitə və avadanlıq itkilərinə məruz qalan Ermənistan, Azərbaycan Ordusuna qarşı müqavimət göstərmək əvəzinə, mülki əhalimizin yaşadığı və döyüşlərin getdiyi ərazidən kifayət qədər uzaqda yerləşən yaşayış məntəqələrini ballistik raketlərdən atəşə tuturdu:
“Vətən müharibəsi zamanı tək Gəncə şəhəri beş dəfə raket zərbələrinə məruz qaldı. Bu raket zərbələrindən üçüncüsü də oktyabrın 8-də və ilk dəfə olaraq gecə saatlarında həyata keçirildi. Başqa sözlə desək faşist Ermənistan rəhbərliyi Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə yatan mülki əhalini gecə saatlarında ballistik raketlərlə atəşə tutdu. Ermənistan Azərbaycan ərazilərini atəşə tutmaq üçün SCUD “Skad – B” və “Smerç” reaktiv yaylım atəşi sistemlərindən istifadə edirdi. Bölgəyə atılan operativ taktiki raketlər böyük dağıntı gücünə malik idi və onlar birbaşa Ermənistan rəhbərliyinin göstərişi ilə dinc əhaliyə qarşı istifadə olunurdu”.
Ə.Verdiyev bildirib ki, atılan raketlər 300 kilometrə yaxın atəş məsafəsinə malik idi:
“Onların uçuş trayektoriyasında baxdıqda Ermənistanın Basakeçər rayonundan buraxıldığı bu gün Azərbaycanda davam edən məhkəmə prosesləri çərçivəsində artıq sübut olunub. Ermənistanın gecə yuxuda yatan uşaqları atəşə tutması ilə Xocalıda törədilən soyqırım arasında elə bir böyük fərq yoxdur. Gəncə bombardımanlarına Ermənistanın uzun müddət Azərbaycana qarşı davam etdirdiyi soyqırım və etnik təmizləmə cinayətlərinin bir davamı kimi baxılmalıdır.
Ermənistan tərəfindən Azərbaycan vətəndaşlarının qətlə yetirilməsində günahı olan bütün şəxslər mütləq cəzalandırılmalıdır. Gəncədə qətlə yetirilən 26 mülki vətəndaşımızın və yaralanan 175 nəfərin qanı yerdə qala bilməz. Ermənistan törətdiyi cinayətlərə görə, mütləq və mütləq cavab verməlidir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
10 Yanvar 2026 23:01
Azərbaycanın “yaşıl enerji” yolunda mühüm addımı
10 Yanvar 2026 16:48
Azərbaycanın enerji təhlükəsizliyi və yaşıl inkişaf strategiyasının yeni mərhələsi başlayır
10 Yanvar 2026 13:07
Azərbaycan regional təmiz enerji qovşağına çevrilir
10 Yanvar 2026 09:57
Ukrayna humanitar yardımlara görə Azərbaycana təşəkkür etdi
09 Yanvar 2026 16:16
Prezidentdən Anar İsgəndərovla bağlı SƏRƏNCAM
09 Yanvar 2026 11:47
“İrandakı rejimin budəfəki etirazları da zor gücünə yatırtması ehtimalı var...”
09 Yanvar 2026 08:31
İranda rejim çökərsə, nə baş verəcək? - Politoloqun şərhi
08 Yanvar 2026 14:03


Bakı -°C

