Donald Tramp daha bir cəhd edəcək... - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
339 | 2025-10-17 09:49

 Hakimiyyətə gəldiyi gündən söz verdiyi kimi,  dünyada baş verən münaqişələri bitirməyə çalışan ABŞ prezidenti Donald Tramp, Yaxın Şərqdə HƏMAS- İsrail arasında davam edən müharibədə atəşin dayandırılmasına nail olmağı bacardı. 

 Birləşmiş Ştatların 47-ci prezidenti, özünündə etiraf etdiyi kimi, daha çətin bir münaqişəyə- Rusiya-Ukrayna müharibəsinə də, son qoymaq ümidlərini sonadək sınamaq niyyətindədir. 

 ABŞ prezidentinin administrasiyasının açıqlamalarına görə, oktyabrın 16-da, hər iki ölkə liderləri arasında növbəti telefon danışıqları baş tutub. Ağ Evin mətbuat katibi Kerolayn Livittin verdiyi məlumata görə, telefon danışıqları səmərəli keçib, Tramp və Putin gələn həftə yüksək səviyyədə görüşmək barədə razılığa gəliblər.

 Amerikan prezidentinin sözlərinə görə, Vladimir Putinlə görüş Budapeştdə baş tutacaq. Görüşdə tərəflər bir daha Rusiya-Ukrayna münaqişəsinin həlli məsələsini müzakirə etməyi planlaşdırırlar.

 Bu günədək bütün münaqişələrin həlli istiqamətində istənilən nəticəni qazanmağa nail olan Donald Tramp bu dəfə Vladimir Putini danışıqlara başlamaq üçün, ən azından atəşin dayandırmasına razı sala biləcəkmi?

 Macarıstanın baş naziri Viktor Orban, Vladimir Putinlə Donald Tramp arasında görüşün Budapeştdə keçiriləcəyi xəbərini şəhr edərkən bildirib ki, "Bu xəbər dünyanın sülhsevər adamları üçün çox xoş xəbər oldu. Biz hazırq".

 Xatırladırıq ki, Donald Tramp Ağ Evdə jurnalistlərlə son görüşündə, Rusiya prezidenti Vladimir Putini  "müharibəni dayandırmaq istəməməkdə" günahlandırmışdı. Lakin, dünənki telefon danışıqlarlndan sonra, inandırıcı görünməsə də, çox güman ki, Rusiyalı həmkarını müəyyən güzətlərə getməyə razı sala bilib. Ona görə də, gələn həftə Budapeştdə görüşmək qərarına gəlib.

 Ağ Evin mətbuat katıbınin məlumatına görə, liderlər arasında Budapeştdə keçiriləcək görüşdən əvvəl, Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskiylə də  görüşməyi və onunla da, münaqişənin həlli istiqamətində müzakirə aparmağı planlaşdırır. ABŞ prezidenti, atəşkəsə nail olmaq naminə yəqin ki, Zelenskinidə müəyyən güzəştlərə getməyə çağıracaq. 

  Bu il "Nobel sülh mükafatını" (hərçənd ki, buna layiq idi) ala bilməyən Donald Tramp, Ukrayna münaqişəsin danışıqlar yolu ilə başa çatması üçün novbəyi dəfə "bəxtini sınayacaq"...

Alınacaqmı?.. Ümid edək ki, ABŞ prezidentinin bu cəhdi uğurlu olacaq və daha bir münaqişə zonasında atəş səsi eşidilməyəcək...

 

TƏQVİM / ARXİV