Şəlalə Camal: Sevən qəlbim… yazıq qəlbim…
Ordan bir stul gətir,
Hə, düz eşitdin…
Səninləyəm.
Gətir… gətir…
Qoy elə bura.
Burda dünyanın ən gözəl insanı oturacaq.
Yorulmuşam…
Səncə, oturum?
Yaxın gəl…
özünə də bir az yer elə.
Bilirsən, nə düşünürəm?
Görəsən, dəyərmi sevmək üçün bu qədər üzülməyə?..
Gəlsə, başına dönərdim…
Gəlsə, qadasın alardım…
Oturardım dizlərinin bir küncünə,
Azca gözlərimi yumardım.
Bu yuxudan oyanmazdım…
Sevən qəlbim… yazıq qəlbim…
Məhəbbətə ac oldu ki...
Bu sısqalıq, bu yadlıq…
Doğmalığa kəc oldu ki…
Digər Xəbərlər
02 Noyabr 2026 10:33
“Yaradılışın erkək başlanğıclı olması Afrika kültürünün mirasıdır...”
02 Noyabr 2026 10:22
Qurban Bayramov vəfat edib
02 Noyabr 2026 10:05
Vicdan tənəsi - Əlisəfa Azayev yazır
02 Noyabr 2026 10:04
Qalib quşlar olacaq - Şahnaz Şahin yazır
02 Noyabr 2026 09:50
Sözün yağışında islanmayan ruh - Səadət Sultanın ədəbi dünyasının işığında
31 Oktyabr 2026 15:36
Bir ağacın budaqları - Tərlanə Yaqubqızı yazır
31 Oktyabr 2026 10:57
“Yaradılışın erkək başlanğıclı olması Afrika kültürünün mirasıdır...”
30 Oktyabr 2026 18:04


Bakı -°C

