28 Fevral 2025 21:12
109
GÜNDƏM

Ramazanın ilk günü: imsak, iftar vaxtları, duaları

Sabah  Ramazan ayının birinci günüdür.

Adalet.az Qafqaz Müsəlmanlar İdarəsinin tərtib etdiyi cədvələ əsasən xəbər verir ki, ilk günün imsak vaxtı 05:49-da, iftar vaxtı isə 19:47-də olacaq.

İfsak duası:

"İlahi, bu ayda tutduğun orucu həqiqi oruc tutanların orucundan, gecələr oyaq qalmaqla etdiyim ibadətləri əsil gecə ibadəti edənlərin ibadətindən qərar ver. Məni bu ayda qafil olanlardan uzaq et. Bu ayda günahlarımdan keç, ey aləmlərin Rəbbi. Məni ba-ğışla, ey günahkarları bağışlayan!"

İftar duası:

"İlahi, Sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və Sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən, Sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğrifət Sahibi, günahlarımı bağışla!"

Allah orucunuzu qəbul etsin!