Bəzi icra başçıları özlərini şah kimi aparır...

Bu gün rayonlarda işə adamlarına , sahibkarlara qarşı münasibət heç də yaxşı deyil.
Bəzi icra başçıları onlara gün verib, işıq vermir. Onların dediyi ilə işləməyən bəzi sahibkarları incidir, öz maraqlarına uyğunlaşdırmaq istəyir, bu da alınmayanda hədə- qorxu gəlir, həbs etdirməklə təzyiq altında saxlayır.Bax ona görə də incidilən sahibkarlar onların əlindən boğaza yığılır. Bu barədə müxtəlif mətbuat orqanlarında müxtlif yazılar da çap olunub.Bu yaxınlar da isə Lənkəranda İcra Hakimiyyəti bir sahibkarın başına olmazın müsibətin açıb. Belə ki, sahibkar küllü miqdarda vəsait qoyaraq böyük istixana tikdirib. Və istixana tikiləndə İcra Hakimiyyətində bir səs - səmir çıxmayıb.
Elə ki, istixana tikilib başa çatdırılıb, bax bundan sonra onlar hərəkətə keçib. Yəni ağına- bozuna, çəkilən xərcə və zəhmətə baxmayaraq, onu sökəcəklərini bildiriblər. Halbuki istixana fəaliyyət başlasaydı, orda çoxlu sayda insan işlə təmin ediləcəkdir. Amma Lənkəran Şəhər İcra Hakimiyyəti və digər qurumlar bunlara məhəl qoymadan və məhkəmə qərarı olmadan istixananı sökdürüb və sahibkara küllü miqdarda ziyan vurublar. Bu qanunsuzluğa və ədalətsizliyə etiraz olaraq sahibkar öz hüquqlarının müdafiəsi üçün ölkənin adiyyatı qurumlarına müraciət edib.
Bizdə bəzi icra başçıları özlərini xalq şairi Sabir Rüstəmxanlının dili ilə demiş olsaq" kiçik padşahlar kimi aparırlar. Görünür, bəzi icra başçıları üçün qanun şah deyil, onların özləri şahdır. Bax buna görə də yerlərdə əhali belə icra başçılarından daha çox narazılıq edirlər. Çünki onlar öz mənafelərini, xalqın marağından üstün tuturlar!
Emil Faiqoğlu
Digər Xəbərlər

Xankəndi Məhkəməsinin sədri Məhkəmə Hüquq Şurasına üzv seçilib

Prezident onlara 2 il möhlət verdi - FƏRMAN

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqə keçirilir

Tibbi sığorta ilə bağlı müraciət prosesi sadələşdirilir

Dövlət satınalmaları ilə bağlı pozuntulara dair yeni sanksiyalar qəbul olunub

Aerodrom istismarı ilə bağlı yeni qayda qəbul edildi

Azərbaycanda aviasiya hadisələri ilə bağlı daimi komissiya yaradılacaq
