Ramiz Quliyev II Fəxri xiyabanda dəfn olundu - YENİLƏNİB

Ötən gün vəfat edən Xalq artisti Ramiz Quliyevlə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilib.
Adalet.az xəbər verir ki, daha sonra cənazə II Fəxri xiyabana aparılaraq dəfn olunub
***
Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Ramiz Quliyevlə vida mərasimi başa çatıb.
Adalet.az xəbər verir ki, mərasimdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Adil Kərimli, deputatlar, mədəni-ictimai şəxslər, mərhumun ailə üzvləri, sənət dostları və media mənsubları iştirak ediblər.
Vida mərasimində çıxışçılar ustad tarzənin mədəni irsinə və şəxsiyyətinə ehtiramlarını ifadə ediblər.
Mərasimin ardınca cənazə dəfn olunmaq üçün II Fəxri xiyababa aparılıb.
***
Xalq artisti Ramiz Quliyevlə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilir.
Adalet.az xəbər verir ki, mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, mədəni-ictimai şəxslər, mərhumun ailə üzvləri və sənət dostları iştirak edirlər.
Xatırladaq ki, Azərbaycanın Xalq artisti, tarzən Ramiz Quliyev oktyabrın 15-də 78 yaşında vəfat edib.
Digər Xəbərlər

Mədəniyyət Nazirliyi Ramiz Quliyevin ölümü ilə bağlı nekroloq yaydı

Məşhur filmin qəhrəmanları görüşdülər

Prezident və xanımı Ramiz Quliyevlə vida mərasiminə əklil göndərib

TEATR NƏZƏRİYYƏSİNƏ GƏTİRİLƏN YENİLİK - “QEYRİ-SƏLİS MƏNTİQ VƏ TEATR” KONSEPSİYASI

Leyla və Arzu Əliyevalar Berlində sərgidə iştirak etdi - FOTOLAR

Azərbaycanda nadir heyvan heykəli sındırılıb

Türkiyənin görməli olduğunuz ən gözəl yerləri - FOTOLAR
